Azərbaycan Dövlət İnformasiya Agentliyi

QANA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CON KOFİ AGİYEKUM KUFUORA

Hörmətli cənab Prezident, 

Qana Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əlaqələr xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qana xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin