MƏDƏNİYYƏT
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti olub
Bakı, 27 may, Aynur İsmayılova, AZƏRTAC
M.Maqomayev adın Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin konserti keçirilib. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri olan şagirdlər iştirak edib.
AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət olan konsertdə şagirdlərin ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərləri səsləndirilib.
Konsertin birinci hissəsində Bax, Raxmaninov, Şostakoviç, Haydnin əsərləri Jalə Quliyeva, Münəvvər Əliyeva, Əlipaşa Şahgəldiyev, Lalə İbrahimova, Nərgiz Əliyeva və Cavid Yusifzadənin ifasında səsləndirilib.
Konsertin ikinci hissəsində isə Niyazi, Vaxman, Albeniz və Qriqin əsərlərini Lalə İbrahimova, Zərrin Əliyeva, Nailə İbrahimova və Səbinə Paşazadə təqdim ediblər.
Konsert alqışlarla qarşılanıb.