İDMAN
“Qarabağ”ın rəqibindən növbəti qələbə
Bakı, 30 oktyabr, AZƏRTAC
Futbol üzrə Avropa Liqasının qrup mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibi olan “İnter” İtaliya A Seriyasında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Milan təmsilçisi IX turda doğma meydanda “Sampdoriya”nı qəbul edib.
Son turda “Çezena”ya qalib gələn baş məşqçi Valter Matsarinin komandası bu görüşdə də qələbə qazanmaqla turnir cədvəlində vəziyyətini bir qədər də yaxşılaşdırmağa çalışmalı idi. Milan klubu bu istəyinə matçın 90-cı dəqiqəsində çatıb. İkardinin penaltidən vurduğu qol görüşdə yeganə olub - 1:0.
Qeyd edək ki, “İnter” 9 turdan sonra 15 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:11]
Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək
- 03.05.2024 [15:07]
Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb
- 03.05.2024 [15:00]
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
- 03.05.2024 [13:57]
Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir
- 03.05.2024 [12:23]