Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qax şəhərindəki “İçəribazar” Turizm Mədəniyyət Mərkəzi yerli və xarici turistlər üçün əsl istirahət məkanına çevrilib

Qax, 29 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Qax şəhərindəki XVI əsrə aid “Qala qapısı və qala divarları” (“İçəribazar” qala kompleksi) maddi-mədəniyyət abidəsinin yenidən qurulması tarixi irsimizin qorunması istiqamətində ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərin bariz nümunəsidir. Qala kompleksində əsrlərdən bəri qorunub saxlanılan bir çox maddi-mədəniyyət abidələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, eyni zamanda, onun tarixinə verilən dəyəri nümayiş etdirir. Bir neçə il əvvəl aparılan tikinti və yenidənqurma işlərindən sonra şəhərin bu qədim tarixi hissəsi tamamilə müasir və füsunkar görkəm alıb.

Yenidənqurma işləri zamanı “İçəribazar” kompleksinin şimal və cənubundakı giriş-çıxış qapıları milli memarlıq üslubunda tikilib, ərazidə küçə və səkilərə salbənd daş düzülüb, evlərin damı qırmızı kirəmitlə örtülüb, küçə darvazaları, eyvanlar, sürahi və sütunlar ağac materialı ilə yenidən işlənib, küçə divarları çay daşı və qırmızı kərpiclə üzlənib. Ərazidə mükəmməl layihə əsasında açıq səma altında 300 yerlik səhnə, həmçinin tətbiqi sənət ustaları üçün emalatxanalar inşa olunub.

Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ilin noyabrında Qax rayonuna səfəri zamanı “İçəribazar” qala kompleksində aparılmış tikinti və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olarkən deyib: “Deyə bilərəm ki, müasir Azərbaycanda belə gözəl guşələrin yaradılması yəqin ki, Qaxdan başlayıb... Mən çox şadam ki, Qaxın tarixi simasını əks etdirən bu kiçik guşə artıq fəaliyyətə başlayır. Burada sənətkarlar öz sənətlərini təqdim edirlər, açıq səma altında gözəl səhnə yaradılıbdır. Bir sözlə, belə guşələr Azərbaycanda daha da çox olmalıdır”.

Qax rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov AZƏRTAC-a müsahibəsində “İçəribazar” Turizm Mədəniyyət Mərkəzi adlanan bu kompleksin fəaliyyəti barədə məlumat verib. Şöbə müdirinin bildirdiyinə görə, yenidənqurma işlərindən sonra “İçəribazar” şəhər sakinlərinin, eləcə də rayona gələn yerli və xarici turistlərin ən çox üz tutduqları istirahət məkanlarından birinə çevrilib. Sakinlərin, uşaq və gənclərin, qonaqların asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün burada hər cür şərait yaradılıb. Yaz-yay aylarında hər həftənin şənbə və bazar günlərində buradakı açıq səma altında səhnədə konsertlər, diskotekalar, əyləncəli proqramlar təşkil olunur. Kompleksi ziyarət edən yerli və xarici turistlərə rayonun, həmçinin şəhərin bu qədim yaşayış məhəlləsinin tarixi, əhalinin yaşam tərzi, adət-ənənələri, məişəti, mətbəxi barədə müfəssəl məlumat verilir, qonaqlar buradakı obyektlərin xidmətlərindən yararlanırlar.

Yay səhnəsində vaxtaşırı olaraq ümumrayon tədbirləri, bayram şənlikləri keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə hər il ənənəvi olaraq təşkil olunan Beynəlxalq Musiqi Festivalının səyyar konsertlərindən birinin Qax şəhərindəki “İçəribazar” Turizm Mədəniyyət Mərkəzinin səhnəsində keçirilməsi artıq adət halını alıb. Ötən ilin iyulunda Ukraynanın məşhur “Kiyev solistləri” Milli Kamera Orkestri bu səhnədə maraqlı konsert proqramı ilə çıxış edib. Konsertdə festivalın bədii rəhbərləri - məşhur violençel ustası, dirijor Dmitri Yablonski, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, həmçinin tanınmış musiqiçilər iştirak ediblər. Fərhad Bədəlbəyli konsertdən sonra AZƏRTAC-a müsahibəsində Qax şəhərinin bu qədim yaşayış məhəlləsində, açıq səma altında yaradılan bənzərsiz səhnədə çıxış etməyin hər bir musiqiçi üçün böyük şərəf olduğunu bildirib.

Mərkəzdə fəaliyyət göstərən sənətkarlıq emalatxanaları - tətbiqi sənət, ağacoyma, toxucu, xalçaçı, Şərq şirniyyatı və təndirxana otaqları ilin bütün fəsillərində yerli sakinlərin və turistlərin üzünə açıqdır. Burada fəaliyyət göstərən tətbiqi sənət nümunələrinin satış mərkəzində yerli sənətkarların hazırladıqları milli suvenirlər, rəngkarlıq və qrafika əsərləri, ağac üzərində oyma, daş üzərində təsvirlər, toxuculuq məmulatları, suvenir xalçalar nümayiş olunur. Mərkəzin əməkdaşı Həyat Mənəfovanın dediyinə görə, xarici turistlər daha çox Qax rayonunun məşhur tarixi abidələrinin, təbiət gözəlliklərinin əks olunduğu əsərlərə, buta ilə işlənmiş suvenir xalçalara maraq göstərir, bu işləri həvəslə alırlar. Burada yerli həvəskar rəssam Rövşən Şirinovun rəngkarlıq əsərlərindən ibarət sərgisi də turistlərin xüsusilə böyük marağına səbəb olur.

Xalçaçı Könül İsayeva mərkəz fəaliyyətə başladığı gündən buradakı xalça sexində çalışır. O, həmkarı Nəzakət Məmmədova ilə birlikdə Azərbaycan xalçaçılıq məktəbinin ənənələrini yaşadır. Xalçaçının dediyinə görə, indiyədək toxuduğu “Göyçə”, “Faxralı”, “Şirvan” və digər klassik xalça kompozisiyaları alıcıların xoşuna gəlib. Turistlərin marağını nəzərə alaraq o, kiçik ölçülü suvenir xalçalar da toxuyur. Könül İsayeva hazırda “Sarıbaş” xalçası üzərində işləyir.

Mərkəzdə fəaliyyət göstərən Şərq şirniyyatı sexi və təndirxana buraya üz tutanları geniş çeşiddə şirniyyat məmulatlarına və isti təndir çörəyinə qonaq edir. Qonaqlara, həmçinin bu yerlər üçün xarakterik olan xəmir xörəkləri - sürhüllü, girs, düşbərə, xəngəl, qutab və digər milli yeməklər də təklif olunur. Mərkəz açıldığı gündən burada çalışan kulinar Mehbarə Əhmədovanın dediyinə görə, Qax şəhərinin 2015-ci il üçün “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilməsi rayonun milli kulinariyasının tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Buraya üz tutan turistlər rayonun milli mətbəxinə böyük maraq göstərirlər.

Bir sözlə, Qax şəhərinin bu qədim tarixi məhəlləsi - “İçəribazar” Turizm Mədəniyyət Mərkəzi rayona gələn qonaqlar üçün əsl istirahət məkanına çevrilib. Turistlər “İçəribazar” kompleksi ilə tanış olarkən keçmiş yüzilliklərin memarlığını yeni ideya və məzmunda duymaq imkanı əldə edirlər. Yeni yaradılan belə istirahət məkanları Qax rayonunda da turizm sahəsinin inkişafı üçün geniş imkanlar açır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb VİDEO