REGİONLAR
Qaxda indiyədək 373 hektar sahəyə tütün şitilləri köçürülüb
Qax, 22 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında tütün əkini yekunlaşmaq üzrədir. Fermerlər indiyədək 373,3 hektar sahəyə tütün şitilləri köçürüblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.
Bildirilib ki, builki mövsümdə Qax rayonunda 400 hektar sahədə tütün əkilməsi proqnozlaşdırılır. İndiyədək “Azərtütün ASK” MMC tərəfindən 131 hektar, “Zaqatala AGRO Industry” MMC tərəfindən 132,3 hektar, fərdi qaydada isə 110 hektar sahəyə tütün şitilləri köçürülüb.
Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 477 hektar sahədən 560,8 ton quru tütün əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]