SİYASƏT
QAYA DOĞANOĞLU: AZƏRBAYCANDA SEÇKİLƏR YAXŞI HAZIRLANMIŞ VƏ SAKİT KEÇMİŞDİR
Paris, 5 dekabr (AZƏRTAC). Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkilərini izləmiş Avropa Şurasının müşahidə qrupunun rəhbəri türkiyəli xanım Qaya Doğanoğlu demişdir ki, seçkilər yaxşı hazırlanmış və sakit keçmişdir.
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin səkkiz ölkədən olan 11 nəfərlik müşahidə qrupunun üzvləri 100-dən çox məntəqədə seçkilərin gedişini izləmişlər.
Nümayəndə heyətinin rəhbəri Qaya Doğanoğlunun seçkilərin nəticələri ilə bağlı bəyanatında deyilir ki, bu seçkilər Avropa Şurasının seçki praktikası mexanizminə uyğun olaraq yaxşı hazırlanmış, sakit, şəffaf və demokratik keçmişdir.
Nümayəndə heyəti seçkilərin yüksək səviyyədə keçməsi ilə yanaşı, bəzi seçki məntəqələrində səslərin hesablanmasında müəyyən nöqsanlara yol verildiyini də diqqətə çatdırmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris