İQTİSADİYYAT
Qaz istehlakının artımına ötən il hansı amillər təsir göstərib?
Bakı, 10 fevral, AZƏRTAC
2021-ci ildə ölkə üzrə qaz istehlakı 8,4 faiz artıb. Qaz istehlakının artımına hansı amillər təsir göstərib?
AZƏRTAC xəbər verir ki, ötən il ölkə üzrə qazlaşdırma prosesinin yüksələn temp üzrə davam etməsi, qeyri-neft sektorunda istehsal həcminin yüksəlməsində təbii qazdan xammal kimi istifadə qaz istehlakının artmasına səbəb olub. Həmçinin ölkə üzrə qazlaşdırma səviyyəsinin 96,2 faizdən 96,3 faizə çatdırılması, habelə karbamid gübrəsinin istehsal həcminin təqribən 3 dəfə yüksəldilməsi istehlak göstəricilərinin artımına təsir edən əsas amillərdəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]