İDMAN
Qazaxın “Göyəzən” komandası qış transfer dövründə heyətinə 4 futbolçu cəlb etmişdir
Bakı, 29 yanvar (AZƏRTAC). Futbol üzrə Azərbaycanın birinci divizionunda çıxış edən “Göyəzən” komandası qış transfer dövründə heyətinə 4 futbolçu cəlb etmişdir.
AZƏRTAC xəbər verir ki, Qazax təmsilçisi Kamran Dəmirov, Ənnağı Məmmədov, İlham Məmmədli və Fərid Alıyev ilə müqavilə imzalamışdır. Bundan əlavə, klub Kənan Novruzov, Azər İbrahimov, Anar İmanquliyev və Fazil Vəliyev ilə yollarını ayırmışdır.