DÜNYA
Qazaxıstan parlamentinin aşağı palatasının yeni sədri seçilib
Nur-Sultan, 1 fevral, AZƏRTAC
Yerlan Koşanov Qazaxıstan parlamenti Məclisinin (aşağı palatasının) yeni sədri seçilib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan parlamenti Məclisinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, bu gün Məclisin növbədənkənar iclası keçirilib. Deputatlar Yerlan Koşanovun Qazaxıstan parlamenti Məclisinin yeni spikeri seçilməsini yekdilliklə dəstəkləyiblər. Yerlan Koşanov Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilərək Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı kimi qeydə alınıb.
Xatırladaq ki, Qazaxıstan parlamentinin (aşağı palata) sədri Nurlan Niqmatulin bu gün istefa verib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
- 03.05.2024 [14:15]
Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər
- 03.05.2024 [13:54]
İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib
- 03.05.2024 [13:53]
BƏƏ neft hasilatını artırdığını bəyan edib
- 03.05.2024 [13:30]
Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir
- 03.05.2024 [12:47]