DÜNYA
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Londondakı Aytmatov Akademiyasının mükafatına layiq görülmüşdür
Astana, 14 dekabr (AZƏRTAC). Qazaxıstan mətbuatının yazdığı məlumata görə dövlət başçısı Nursultan Nazarbayev “çətin vaxtlarda yazıçıya dəstək verdiyinə görə” Londondakı Aytmatov Akademiyasının “International Chingiz Aitmatov Award” mükafatına layiq görülmüşdür.
Ötən il Londonda təsis olunmuş Aytmatov Akademiyasının Almaniya, Böyük Britaniya, Qazaxıstan və Rusiya Federasiyasından olan münsiflər heyəti tanınmış rejissor Andrey Konçalovskini böyük yazıçının “Birinci müəllim” əsərini uğurla ekranlaşdırdığına, aktrisa Natalya Arinbasarovanı ekranda qırğız qadınının ən yaxşı obrazını yatdığına görə bu mükafata layiq görmüşdür. Londondakı Türk Mədəniyyət Mərkəzi və London Kitabxanası isə ədibin əsərlərinin təbliğinə görə “International Chingiz Aitmatov Award” mükafatını almışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]