İDMAN
“Qəbələ” futbol komandası İspaniyanın “Vilyarreal” kollektivi ilə qarşılaşmışdır
Bakı, 2 aprel (AZƏRTAC). Antalyada IV Vodafone Kuboku turnirdə çıxışını davam etdirən “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası yarış çərçivəsində iki oyun keçirmişdir.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, qrup mərhələsinin son oyununda yerli “Kızılcahamamspor”la qarşılaşan “Qəbələ” rəqibinə heç bir şans verməmişdir - 4:0. Matçda Təbriz İsazadə het-triklə yadda qalmışdır. Digər qol isə Məhəmməd Abbaslı vurmuşdur.
Bu nəticədən sonra 2 qələbə və 1 məğlubiyyətlə “Qəbələ” qrup mərhələsini ikinci pillədə adlamışdır. 1/16 final mərhələsində isə təmsilçimiz İspaniyanın “Vilyarreal” kollektivi ilə üz-üzə gəlmiş və rəqibə 0:2 hesabı ilə məğlub olmuşdur.
“Qəbələ” turnir çərçivəsində növbəti oyununu aprelin 3-də 9-16-cı yerlər uğrunda yerli “Sarıyer” komandasına qarşı keçirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]