CƏMİYYƏT
Qəbələdə məcburi köçkünlərə qeyri-ərzaq yardımı paylanılmışdır
Qəbələ, 2 noyabr (AZƏRTAC). BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycan nümayəndəliyi tərəfindən Qəbələdə yaşayan məcburi köçkünlərə qeyri-ərzaq yardımı paylanılmışdır.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev yardımın rayonda məskunlaşmış 320 məcburi köçkün ailəsi üçün nəzərdə tutulduğunu bildirmişdir. O, BMT QAK-ın Azərbaycan ofisinin 2003-cü ildən regiondakı fəaliyyətindən, məcburi köçkünlərə verilən qeyri-ərzaq yardımının əhəmiyyətindən və birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən humanitar aksiyalardan söhbət açmışdır.
Tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Tahir Hacıyev çıxış edərək BMT QAK-ın Azərbaycan ofisinin rayonda məskunlaşan məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan söhbət açmışdır.
Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi 2011-ci il ərzində BMT QAK tərəfindən məcburi köçkünlər üçün ayrılmış yardımın əhatə etdiyi 8 rayonda paylanılmasına başlamışdır.