İDMAN
“Qəbələ”nin U-17 kollektivi Danimarkanın “Oure” Akademiyasının B komandasına qalib gəlmişdir
Bakı, 23 yanvar (AZƏRTAC). Antalyada hazırlıqlarını tamamlayan “Qəbələ” klubunun 17 yaşadək futbolçulardan ibarət komandası toplanışın axırıncı günündə son yoxlama oyununu keçirmişdir.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, iki gün əvvəl Danimarkanın “Oure” Akademiyasının A komandası ilə qarşılaşan (2:1) təmsilçimiz bu dəfə akademiyanın B kollektivi ilə üz-üzə gəlmişdir.
“Qəbələ”nin üstünlüyü şəraitində keçən oyun 7:1 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatmışdır. Komandanın heyətində Vəzir Musayev (2 qol), İlkin Allahverdiyev (2 qol), Roman İbrahimov, Ehtiram Şahverdiyev və Baxşəli Baxşəliyev fərqlənmişlər.
Antalya toplanışına yekun vuran “Qəbələ” yanvarın 23-ü Vətənə dönmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]