Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qənirə Paşayeva: Vətən müharibəsi bizim şanlı tariximizdir

Qənirə Paşayeva: Vətən müharibəsi bizim şanlı tariximizdir

Bakı, 29 sentyabr, AZƏRTAC

27 sentyabr tarixi bir dönəmin başlanğıc günüdür. Bir başlanğıc günü, eyni zamanda, bir dönəmin də qapandığı günü ifadə etməkdədir.

Qırx dörd gün davam edəcək müharibə başlamaya bilərdimi? Ermənistanın Azərbaycan torpaqlarını işğalının aradan qaldırılmasının qeyri-hərbi yolu mümkün idimi? Suallar çoxdur. Ancaq bu istiqamətdə bütün sualların yalnız bir cavabı var: Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanı, dünya erməniliyini və onların havadarlarını dayandırmaq lazım idi və Azərbaycan bunu etdi. Yəni müharibə qaçılmaz idi.

Söhbət Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətindən gedir. Az-çox tarixdən başı çıxanlar bilir ki, əzəli-əbədi Azərbaycan torpağı olan Qarabağa ermənilərin köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti gizli və ya açıq şəkil alaraq qərinələr boyu davam edib. Çar Rusiyasının əli ilə Qarabağda məskunlaşdırıldığı dövrdən bəri ermənilər bizim toponimləri dəyişməyə başlayıb, münbit, əlverişli əraziləri ələ keçirməyə çalışıb və çoxluq təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları ən müxtəlif üsul və vasitələrlə sıxışdırıblar. Ermənilər hələ İrəvana (Qərbi Azərbaycana) köçürülməmişdən əvvəl Qarabağda məskunlaşdırılıb.

Bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Vətən müharibəsi və tarixi Zəfər” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən fürsətcil erməni qəsbçiləri 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vandalcasına qətliama uğradıb, soyqırımı aktları törədib. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi amansız qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Tiflis, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Muğan, Göyçayda, hətta Arazın o tayında on minlərlə dinc azərbaycanlı əhali soyqırımı aktına uğradılıb, yaşayış yerlərindən qovulub, işgəncələr görüb.

Yeri gəlmişkən, Cənubi Azərbaycanda azərbaycanlılara qarşı törədilmiş soyqırımları heç də Arazın bu tayındakı soyqırımı aktlarından geri qalmayıb. Urmuda, Xoyda, Səlmasda, Makuda, çoxluğunu azərbaycanlılar təşkil edən qəsəbələrdə, kəndlərdə də belə hadisələr törədilib. Üstəlik, Şərqi Anadoluda - Qarsda, Ərdəhanda, Ərzurumda da eyni vaxtda - sanki bir sistem halında vandalizm, soyqırımı aktları törədilib.

Yəni coğrafi məkan qorxunc dərəcədə böyükdür və dünya erməniliyinin, onların himayədarlarının bu soyqırımları məqsədyönlü törətdikləri danılmaz faktdır. Bax, 27 sentyabradək olan dönəm bu qədər uzaqlardan başlayır.

Təəssüflər ki, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından didərgin salınması “beynəlmiləl” sovet dönəmində nəinki dayandırılıb, hətta davam və inkişaf etdirilib. Sovetləşmənin ilk aylarında Azərbaycan Zəngəzuru itirib. 1948-1953-cü illərdə isə Ermənistanda - Qərbi Azərbaycandakı tarixi dədə-baba torpaqlarından 150 minə yaxın soydaşımız deportasiya olunub. Onlar Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə daha 300 minə yaxın soydaşımız öz doğma el-obasından, yurdundan zorla çıxarılıb. Bununla da Ermənistan faktiki monoetnik dövlətə çevrilib. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “Dənizdən dənizə Ermənistan” adlı başıboş ideyasını gerçəkləşdirmək cəhdi kəndlərin, qəsəbələrin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin salınması ilə nəticələnib.

İlk siyasi-hüquqi qiymət

Çox təəssüflər ki, Arazın hər iki tərəfində soyqırımlar uzun illər gizli saxlanılıb. Azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdiyi soyqırımı siyasətinə Ümummilli Lider ilk dəfə 1998-ci il martın 26-da imzaladığı Fərmanla tarixi qiymət vermiş oldu. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Xalqımız, dövlətimiz hər il soyqırımı qurbanlarını anır, yaddaşını təzələyir, beynəlxalq ictimaiyyəti məlumatlandırır. Tariximiz - bütün uğurları və uğursuzluqları ilə, sevinci və kədəri ilə bizimdir.

Ermənilərin davamlı işğal siyasəti

Rəsmi İrəvanın hərbi cinayətləri uzun illər davam edib. Azalıb-artıb amma kəsilməyib. 1988-1994-cü illər içində xarici havadarları tərəfindən açıq və gizli surətdə silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal edib. İşğal zamanı yaşayış məntəqələri dağıdılıb, dinc əhali amansızcasına qətl edilib. Ağdaban, Başlıbel, Bağanis-Ayrım, Qaradağlı kəndlərində törədilmiş vandallıqlar erməni faşizminin əsl simasını (simasızlığını) göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində 26 Fevral - Xocalı soyqırımı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri, bədnam 366-cı motoatıcı alayın dəstəyi ilə 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirib. Xocalı soyqırımında 613 nəfər, onlardan 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, neçə nəfər əsir və girov götürülüb, işgəncə görüb.

Beləliklə, Ermənistanın işğalına son qoymaq üçün güc tətbiq etməkdən savayı yol qalmamışdı. Bu işdə ikili standartlar - beynəlxalq riyakarlıqlar da az rol oynamayıb.

Azərbaycan BMT-nin, ATƏT-in edə bilmədiyini özü 44 gün ərzində yerinə yetirib

Müvafiq nizamlanma üçün 1992-ci il martın 24-də təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu öz fəaliyyətinin 29 ili içində məsələnin həllinə yox, tam tərsinə - dondurulmasına çalışdı. Bununla da illərlə aparılan danışıqlar nəticəsiz qaldı. İşə baxın ki, işğalçı ölkə Ermənistanla işğala məruz qalmış Azərbaycana eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi, münaqişəni sülh, yəni danışıqlar yolu ilə həll etməyə çalışdı. Digər bir təşkilat - bu dəfə, dünyanın ən böyük təsisatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə faktiki acizlik nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi (822, 853, 874, 884) 27 il kağız üzərində qaldı. Sentyabrın 27-də başlayan müharibə Azərbaycan Ordusunun Zəfəri ilə başa çatdı. Azərbaycan BMT-nin, ATƏT-in edə bilmədiyini özü 44 gün ərzində yerinə yetirdi.

İşğalın ağır fəsadları, davamlı erməni təxribatları

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi yurddaşlarımızı doğma el-obasından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına, mədəni irsinə də ağır zərbə vurdu. Ermənistan bu müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı duruma saldı, şəhər və kəndlərimizdə infrastruktur tamamilə məhv edildi. Ölkəmizə milyardlarla dollar dəyərində maddi ziyan vuruldu.

İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanımızın əvəzsiz mədəniyyət abidələri də məhv edildi. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidəsi, 15 dekorativ sənət örnəyi) tarix və mədəniyyət abidələri olub. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə illərdir viran qalıb.

Uzun illər aparılan sülh danışıqları Ermənistanın qeyri-ciddi, konstruktiv münasibəti səbəbindən bir nəticə vermədi. Ermənistan hərbi-siyasi rəhbərliyi, dünya erməniliyi 2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt və 2020-ci ilin Tovuz döyüşlərindən nəticə çıxarmağı bacarmadı. Hər kəs görürdü ki, Azərbaycan dövləti və xalqı işğalla qətiyyən barışmayacaq. Lakin ermənilər bu döyüşlərdən nəinki nəticə çıxarmadı, üstəlik, respublikamıza qarşı diversiyaları davam etdirdi. Erməni siyasətçiləri xalqımıza qarşı təxribatçı açıqlamalardan çəkinmədi.

Azərbaycan xalqının səbiri tükəndi

2020-ci il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayılın işğalda olmayan yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutdular. Nəticədə hərbi qulluqçularımızla yanaşı, 11 dinc sakinimiz, o cümlədən 2 uşaq həlak oldu. Nəhayət, düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi.

Qırx dörd günlük müharibədə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədilə sentyabrın 27-də bütün cəbhəboyu əks-hücuma keçən şanlı Ordumuz I Qarabağ müharibəsi zamanı Ermənistanın işğal etdiyi əraziləri geri qaytardı. İkinci Qarabağ müharibəsi şanlı Ordumuzun gücünü, dövlət-xalq birliyinin təntənəsini göstərdi. Sübut olundu ki, Azərbaycanın Zəfəri heç bir xarici qüvvəyə, dəstəyə əsaslanmır və xalq ruhunun yenilməzliyini, Ordumuzun gücünü, Müzəffər Ali Baş Komandanın siyasi iradəsini təcəssüm etdirir.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin azad edilməsi isə xüsusi unikal hadisə kimi dünya hərb elminin qızıl səhifəsinə düşdü. Qırx dörd günlük müharibə “XXI yüzilliyin müharibəsi necə olur?” sualına cavab vermiş oldu. Yəni, ləyaqətli müharibə, elektron hərb yeniliklərinin, konkret olaraq, PUA-ların tətbiqi ilə əski üsullar və əski silahların yararsızlığı sübut olundu. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə hərbi əməliyyatların tam dayandırılması haqqında Bəyanat imzalandı.

Vətən müharibəsi Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı sonucunda 5 şəhər, 4 qəsəbə, 286 kənd, habelə Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik işğaldan azad edildi. Bəyanata müvafiq olaraq, Ağdam, Kəlbəcər və Laçının işğalda qalan hissələri hərbi əməliyyatlarsız azad olundu.

İkinci Qarabağ müharibəsində 2907 hərbçimiz şəhid oldu, mindən çox əsgərimiz yaralandı, 6 nəfər isə hələ də itkin sayılır. Şəhidlərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyir, yaralı qazilərimizin öz sağlamlıqlarına qovuşmasını, itkinlərimizin tapılmasını Tanrıdan diləyirik.

Bəli, tarixi Zəfərimiz tarixdən silinməyəcək böyük hadisədir. Azərbaycanın şanlı Ordusu cəmi 44 gün içində düşmən ordusunun belini qırdı, 30 ilə yaxın davam edən işğala son qoydu, xalqın ruhunu dirçəltdi. Düşməndən ağır intiqam alındı, işğalçı ordu torpaqlarımızdan qovuldu, ədalət bərpa olundu. Ləyaqətli Zəfər qazanmış Azərbaycan dövləti qürurludur, alnıaçıq, üzü ağdır.

Azərbaycan Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin başlandığı günün - 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Bu Sərəncam şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir. Eyni zamanda, paytaxtımızda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunur. Ayrıca, Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində II Qarabağ müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq. “Dəmir yumruq” abidəsi isə artıq işğaldan azad edilmiş şəhər və kəndlərimizə yaraşıq verməkdədir.

Vətən müharibəsində Qələbə münasibətilə orden və medalların təsis olunması iştirakçılara yüksək diqqətin, eləcə də, Zəfərimizin əbədiləşdirilməsinin - gələcək nəsillər üçün qiymətli irsə çevrilməsinin təcəssümüdür. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.

44 günün daha 4 məqamı

1) Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlı hər gün döyüşləri izləyir və Azərbaycanın uğurlarına sevinirdi. Həmvətənlərimizin, soydaşlarımızın ürəyi 44 gün içində hər an tarixi Vətənlə bir döyündü;

2) Peşəkarlıq və döyüş hazırlığını artıran birgə hərbi təlimləri xüsusilə vurğulamalıyıq. Müxtəlif dövrlərdə, qardaş Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevretmə səriştəsi əsaslı şəkildə artıb. Ümumilikdə Vətən müharibəsi Azərbaycanla Türkiyənin sarsılmaz dostluq-qardaşlığının bir daha təsdiqi oldu. Qardaş ölkənin mənəvi, siyasi-diplomatik dəstəyi Zəfərin qazanılmasında əvəzsiz rol oynadı.

3) Qırx dörd günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Zəfər qazandı, tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı.

4) Çox fərqli təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında Zəfər çaldı, Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni təslim olmağa məcbur etdi. Qəhrəman hərbçilərimizin yenilməz ruhu, peşəkarlığı, igidliyi hesabına, əziz şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Zəfərinə şahid oldu.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub