Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərb demokratiyası: aysberqin görünən və görünməyən tərəfləri

Qərb demokratiyası: aysberqin görünən və görünməyən tərəfləri

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi zəfərə imza atmaqla bərabər, təkcə işğal altındakı torpaqlarımızı azad etmədi, eyni zamanda, region və dünyanı beynəlxalq terror və faşizm təhlükəsindən xilas etdi. Nəticədə 30 ildən sonra bölgəmizdə sülh və əmin-amanlıq mühitinin formalaşması üçün olduqca əlverişli şərait yarandı. Bu reallıq isə öz növbəsində regionda demokratik dəyərlərə əsaslanan plüralist cəmiyyətlərin bərqərar olması üçün yaşıl işıq yandırıb. Deməli, demokratik inkişaf yolunu seçmiş Azərbaycan Respublikasının işğalçı Ermənistan üzərində həm hərbi, həm siyasi, həm də informasiya cəbhələrində qazandığı tarixi qələbələr öz əhəmiyyəti baxımından region səviyyəsini aşaraq qlobal məzmun kəsb etməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Qərb demokratiyası: aysberqin görünən və görünməyən tərəfləri” sərlövhəli məqaləsində yer alıb.

E.Nəsirov məqalədə bildirir ki, bu gerçəklik nə qədər qəribə səslənsə də, paradoksal vəziyyət yaradır. Başqa sözlə, Azərbaycanın terror və faşizmi dövlət siyasəti səviyyəsinə qaldırmış işğalçı Ermənistan üzərində qazandığı tarixi zəfər bəzi Qərb dövlətlərində müəmmalı narahatlıq doğurmuş və onların bir sıra nüfuzlu kütləvi informasiya vasitələri təmsilçilərinin Prezident İlham Əliyevə ünvanladıqları təxribatçı suallarda öz ifadəsini tapıb: “Bu baxımdan Prezident İlham Əliyevin oktyabrın 25-də ABŞ-ın “Fox News” televiziya kanalına verdiyi müsahibə diqqət çəkir. Qərb jurnalistinin bir çox hallarda təxribatçı və qərəzli suallarına dövlətimizin rəhbərinin verdiyi sərrast cavablar dərin zəka, intellekt, analitik düşüncə qabiliyyəti və zəngin təcrübədən qaynaqlandığından qarşı tərəfi çıxılmaz vəziyyətə salır, “tərksilah” edir, “ünvanı səhv saldığı” qənaətini ortaya qoyurdu. Jurnalistin korrupsiya ilə bağlı sualını dövlətimizin başçısı tutarlı faktlarla cavablandırdı. Prezident İlham Əliyev müsahibəsində hərtərəfli, hazırlıqlı olduğunu və Amerika siyasətini yaxşı bildiyini nümayiş etdirdi.

Müsahibədən göründüyü kimi, Qərb təmsilçiləri Azərbaycanın legitim hərbi uğurları və adekvat olaraq həyata keçirdiyi uğurlu sülh prosesinin regiona sabitlik, sülh və təhlükəsizlik mühiti gətirdiyini təqdir etmək əvəzinə, geosiyasi təzyiq alətinə çevirdikləri “demokratiya”nı maddiləşdirir, ona elastiklik verir, ondan “qamçı” və “qoğal” kimi yararlanırlar. Deməli, Qərb üçün geosiyasi manipulyasiya və ambisiya vasitəsi olan qılaflanmış “demokratiya” anlayışı aysberq kimidir, onun görünməyən hissəsi daha böyükdür. Bu məqalədə də əsas məqsədimiz məhz Qərbin “demokratiya” adlı aysberqinin görünməyən hissəsinə nüfuz etməkdən ibarətdir”.

Professor məqaləsində vurğulayır ki, niyə məhz demokratiya normalarına riayət edilməsi Qərb üçün bu və ya digər dövlətlə əməkdaşlığın qurulması üçün ilkin şərt olaraq irəli sürülür? Bu, Qərb üçün nədən bu qədər aktualdır? Əlbəttə, kimlərsə etiraz edib deyə bilərlər ki, Qərb bir çox hallarda ayrı-ayrı dövlətlərin demokratiya prinsiplərinə riayət etməməsinə göz yuma bilir. Hətta demokratiyanın parodiya şəklinə salındığı bir sıra monarxiya rejimləri ilə mənafeyi və maraqları nəzərə alındığı təqdirdə sıx tərəfdaşlıq münasibətləri də qurur. Lakin bu sahədə proseslərin dalana dirəndiyi halda Qərbin demokratiyanın ixracı və vətəndaş cəmiyyətinin inkişafı məqsədilə hərbi güc tətbiqi praktikası da geniş yayılıb. Məntiqləri də ilk baxışdan kifayət qədər cəlbedici təsir bağışlayır: “demokratik ölkələr bir-birləri ilə müharibə etmirlər”. Nəticədə biznes qazanır. Təhlükələr minimuma enir. Sabitlik hökm sürür. Əslində isə bütün bunlar Qərbin uydurduğu illüziyalardır. “Demokratiya oyunu”nun üst qatıdır. Alt qatda qılaflanmış mətləblər gizlənməkdədir. Bu yazıda həmin alt qatlara nüfuz edib, bəzi həqiqətlərə ayna tutmaq niyyətindəyik. Əvvəlcə, gəlin araşdıraq görək Qərb üçün demokratiya nə deməkdir? Cavab sadədir. Bu, ilk növbədə, müstəqil KİV-dir, QHT-lər üçün fəaliyyət azadlığıdır, vətəndaş cəmiyyətinin inkişafıdır, hakimiyyətin bölgüsüdür, real hakimiyyət dəyişkənliyidir. Bəs bütün bunlar Qərbin nəyinə lazımdır?

“Ardıcıllığa əməl etməklə analiz edək. Bunun üçün ilkin olaraq “müstəqil KİV” nədir sualına cavab tapmağa çalışaq. Bu, dövlətə məxsus olmayan və onun tərəfindən nəzarət edilməyən KİV deməkdir. Məsələ ondadır ki, əgər KİV dövlətin nəzarətindən çıxıbsa, deməli, o kiməsə məxsusdur və onun nəzarətindədir. Bəs dövlətə deyilsə, o kimə məxsus ola bilər? Təbii ki, ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən və böyük biznes imkanları olan beynəlxalq siyasi dairələrə. Nəticədə həmin dairələr, bir çox hallarda transmilli korporasiyalar hədəf seçdikləri ölkələri belə KİV-lər vasitəsilə ictimai fikri nəzarətdə saxlayır, onunla istədikləri kimi manipulyasiya edə bilirlər. Müstəqil adlandırdıqları KİV-lərin olmadığı təqdirdə isə həmin qüvvələr ölkədaxili ictimai fikri nəzarətdə saxlaya bilmirlər. Deməli, bu qüvvələrin niyə demokratiyanın mühüm elementi kimi, ilk növbədə, müstəqil KİV-lərin mövcudluğunda maraqlı olmasının motivlərini başa düşmək elə çətin deyildir.

Qərb niyə hədəf seçdiyi ölkələrdə QHT-lərin fəaliyyətinə son dərəcə həssaslıqla yanaşır? Əvvəla, onu qeyd edək ki, QHT-lər, ilk növbədə, öz ölkələrinin siyasətinə hakimiyyətin ənənəvi mexanizmlərindən fərqli yollarla təsir etməyi bir vəzifə olaraq müəyyən edirlər. İstənilən təşkilatın fəaliyyətinin səmərəlilik əmsalının yüksəlməsində maliyyələşmə imkanları ilə bağlı məsələ həlledici rola malikdir. QHT-lər isə adətən, fəaliyyət göstərdikləri ölkələrin hökumətlərindən maliyyələşmirlər. (Azərbaycan mövcud təhlükələrdən vaxtında sığortalanmağı bacardı) Onda bəs maliyyəni kimdən alırlar? Əsasən, xarici ölkələrdəki ayrı-ayrı fondlardan. Bəs bu fondları kim maliyyələşdirir? Heç şübhəsiz, Qərb hökumətləri. Bu ki, isbata ehtiyacı olmayan aksiomdur: pulu ödəyən mahnını da sifariş edir. Zənnimizcə, Qərbin QHT-lərə belə canyananlığının motivlərini əlavə şərh etməyə lüzum yoxdur”.

Müəllif qeyd edir ki, Qərb demokratiyanın vacib elementi olaraq vətəndaş cəmiyyətinın inkişafında maraqlı olduğunda israrlıdır. Bəs onun bu davranışının motivlərini necə izah etmək olar? Məlum olduğu kimi, bəhs edilən cəmiyyətdə rəsmi hakimiyyət ilə bağlılığı olmayan, lakin motivasiyalı vətəndaşlar qrupu iqtidarın mövqeyini bu və digər məsələlərlə bağlı dəyişmək üçün hüquqi təsir etmək mexanizmlərinə malik olurlar. Onların fəaliyyətləri “müstəqil KİV”-lər tərəfindən informativ olaraq dəstəklənir, QHT-lər tərəfindən isə istiqamətlənir. Nəticədə xaricdən əldə edilən qrantlar hesabına fəaliyyət göstərən və maliyyələşdirildiyi mənbələrdən asılı vəziyyətə salınan vətəndaş cəmiyyəti institutları dövlətin işinə birbaşa müdaxilə etmək mexanizmlərinə malik olurlar: “Bu reallıq Qərbin təzyiq rıçaqları sırasında xüsusi mövqeyə malik “beşinci kolon” yaratmaq niyyətini həyata keçirmək üçün unikal şəraiti təmin etmiş olur.

Bəs Qərb niyə inkişaf etməkdə olan ölkələrdə hakimiyyətin bölgüsü prinsipinə bu qədər həssaslıqla yanaşır? Məlum olduğu kimi, hakimiyyətin bölgüsü onun müstəqil qolları arasında tarazlığın saxlanması anlamını özündə ehtiva edir. Elə bu səbəbdən də Qərb demokratiyanın ixracı hesabına həmin vəziyyətin laxlamasında maraqlıdır. Bu məqsədi həyata keçirmək üçün isə “müstəqil” KİV, QHT və vətəndaş cəmiyyətinin imkanlarından istifadə olunur. Nəticədə tarazlıq hakimiyyətin bu və ya digər qanadının xeyrinə pozulmuş olur. Başqa sözlə, “parçala, hökm sür” prinsipi tam işlək vəziyyətə gətirilir. Bax elə buna görə də o Qərbə lazımdır.

Nəhayət, Qərbin hakimiyyət dəyişikliyi prinsipinə xüsusi prioritet verməsinı nə ilə izah etmək olar? Cavab sadədir. Əslində, Qərb üçün yuxarıda sadalanan mexanizmlər köməkçi funksiyanı yerinə yetirir. Əsas vəzifə məhz hakimiyyətin dəyişkən olması ilə bağlıdır. Yararsız hakimiyyəti yararlı, yararlını loyal, loyalı isə marionetka hakimiyyət ilə əvəz etmək. Bu halda sonuncunu əlcək kimi istifadə etmək və yenisi ilə əvəz etmək prosesi adi məişət hadisəsi səviyyəsinə qədər ucuzlaşmalıdır”.

Deməli, yuxarıda apardığımız təhlillərdən belə bir nəticə hasil olur: Qərb üçün demokratiya bütün təbii sərvətlərdən daha vacibdir. Çünki demokratiya onun üçün total nəzarət mexanizmidir. “Demokratiyanın kimdə olduğunu, kimdə isə olmadığını” həll etmək hüququnu inhisara almış qüvvənin-Qərbin bu reallıq fonunda neftin, qazın, tranzit yollarının, hərbi bazaların və s. öz-özünə ayaqları altına səriləcəyinə dair tükənməz inamı vardır. Qərbin müstəmləkəçilik və yeni müstəmləkəçilik təcrübəsi bu inamın əsasında dayanan amildir.

Professor fikirlərinə davam edərək bildirir ki, Qərbdə geniş yayılmış və ilk baxışdan kifayət qədər cəlbedici görünən “Demokratik ölkələr bir-biri ilə müharibə aparmırlar” ifadəsinin alt qatında gizlənən mənanı diqqətdən qaçırmaq olmaz. Məna belədir: Qərb ölkələri demokratik ölkələrlə müharibə aparmırlar, çünki həmin ölkələri güc tətbiq etmədən nəzarətdə saxlamaq imkanına malikdirlər.

Kimsə belə bir nümunə gətirə bilərmi ki, Qərb dairələri hansısa ölkənin rəhbərliyini əhalisini ac-yalavac saxladığına görə qeyri-legitim hesab edib? NATO-nun eyni səbəbdən hansısa ölkəni bombaladığının şahidi olmusunuzmu? Qərb dövlətlərinin korrupsiyanın tüğyan etdiyi dövlətlərə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı hər hansı bir informasiyaya rast gəlmisinizmi? Hansısa ölkədə işsizliyin dözülməz həddə çatmasına görə beynəlxalq birliyin ona qarşı müvafiq cəza mexanizmlərini işə salmasına dair fakt diqqətinizi cəlb edibmi? Yəqin ki, cavab birdir: yox. Bu qənaət həqiqəti ifadə edir. Digər həqiqət isə ondan ibarətdir ki, çağdaş dövrümüzdə dünya hökmranlığına nail olmağın Qərb modeli könüllü-məcburi demokratikləşmədən və son variant olaraq hərbi güc tətbiqindən keçir. Müharibələr indiki reallıqlarda Qərb üçün olduqca bahalı “məşğuliyyətə” çevrildiyindən, daha ucuz məsrəfli demokratiya ixracı siyasəti optimal yol kimi qəbul olunur. Etiraz edərsənsə, “qoğalı” “qamçı” əvəzləyə bilər. Bu da Qərbin “demokratik” xəbərdarlığıdır.

Elman Nəsirovun sözlərinə görə, bu yerdə ABŞ-ın “qurucu ataları”ndan olan Bencamin Franklinin və Tomas Ceffersonun məşhur deyimlərini xatirlamamaq mümkün deyil. Bencamin Franklinin fikrincə, ABŞ üçün "Demokratiya- iki qurdun və quzunun axşam yeməyinə nəyin yeyiləcəyini səsə qoymaları anlamındadır. Təbii ki, bu halda "demokratik" səsvermə nəticəsində 2/1 nisbətində quzu "hüquqları qorunmaqla", "demokratik yolla" qurdların həzmi-rabiyyəsindən keçəcək”. Tomas Ceffersonun qənaətinə görə isə, “ABŞ üçün "Azadlıq-yaxşı silahlanmış quzunun həmin səsvermənin nəticələrinə yenidən baxılmasına nail ola bilməsi anlamında qəbul edilməlidir: “Bu məqamda klassik Azərbaycan şairi Qasım bəy Zakirin hələ XIX əsrdə qələmə aldığı: “Özü lüm-lüm atır batində əmma, Zahirdə dediyi mənaya bir bax” kimi böyük siyasi mənası olan sətirlərini də xatırlamaq yerinə düşər. Sanki böyük şairin “qəhrəmanları” təkcə bəzi zatından uzaq düşmüş “bəy”lərimiz deyil, həm də bugünkü Qərb demokratlarıdır. İnsan hüquqları və demokratiyadan dəm vuran, əslində isə korrupsiya girdabına yuvarlanmış Qərb demokratları.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloqer Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloqer Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək