Qərb Universitetində cəsur hərbçi ilə görüş
Bakı, 21 fevral, Elvira Məmmədova, AZƏRTAC
Fevralın 21-də Qərb Universitetində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycan hərbçisi, Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə universitetin rektoru, dosent Zenfira Məmmədova həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə sərf etmiş İ.Hüseynovun Qarabağ savaşında əsl kəşfiyyatçı kimi dəfələrlə ermənilərə ağır zərbələr endirməsindən söz açıb.
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov Xocalı faciəsinin mahiyyətini açıqlayıb, hər zaman ürəyi Vətən eşqi ilə döyünən kəşfiyyatçı İbad Hüseynovun keçdiyi döyüş yoluna nəzər salaraq ulu öndər Heydər Əliyevin ona yüksək münasibətini, xalqın sevgisini diqqətə çatdırıb.
Cəsur kəşfiyyatçı İbad Hüseynov tələbələrə keçdiyi şərəfli döyüş yolundan, torpaqlarımızın bütövlüyü uğrunda hərbi əməliyyatlarda göstərdiyi şücaətlərdən danışıb, gəncləri vətənpərvərliyə, qəhrəmanlığa çağırıb.
Tədbirdə Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]