ELM VƏ TƏHSİL
Qərb Universitetində təsviri incəsənət üzrə kurslar təşkil ediləcəkdir
Bakı, 11 fevral (AZƏRTAC). Martın 1-dən Qərb Universitetinin dizayn fakültəsinin nəzdində təsviri incəsənət üzrə kurslar təşkil ediləcəkdir.
Qərb Universitetindən AZƏRTAC-a bildirmişlər ki, kurslar rəsm, rəngkarlıq, kompozisiya, dekorativ-tətbiqi sənət (qobelen, batika, naxış tikmə) və kompyuter dizaynı üzrə aparılacaqdır. Tədris bütün yaş qrupları üçün nəzərdə tutulmuşdur. Uşaqlar 6-13 yaşlarında, böyüklərə isə yaş məhdudiyyəti yoxdur. Kursu bitirənlərə sertifikatlar veriləcəkdir.
Kurslarda iştirak etmək istəyənlər fevralın 28-dək Qərb Universitetində qeydiyyatdan keçə bilərlər (Tel:(99412) 492 61 63 (17); (99412) 492 74 18 (17); (99451) 355 56 73; Email: [email protected]).