İQTİSADİYYAT
Qeyri-həyat sığortası bazarı 6 faizədək azalıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta haqlarının 237,3 milyon manatı və ya 75,5 faizi qeyri-həyat sığortasının payına düşüb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, 2013-cü ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı 14,8 milyon manat və ya təxminən 5,9 faiz azalıb.
Qeyri-həyat sığortası üzrə yığımların 22,4 faizi və yaxud 53,2 milyon manatı tibbi, 21,6 faizi və ya 51,3 milyon avtomobillərin icbari sığortasının, 11,7 faizi və ya 27,7 milyon manatı kasko sığortanın, 9,7 faizi və ya 23 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,6 faizi və ya 13,4 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növləri olub.
Cari ilin ilk 9 ayında sığorta bazarındakı ödənişlərin 79,8 faizi və ya 92,85 milyon manatı qeyri-həyat sığortasının payına düşüb.