QHT ARAŞDIRMALARI BAŞA ÇATDIRMIŞDIR
Assosiasiyanın rəhbəri Lidiya Quluzadə AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, içməli suyun təmizlik dərəcəsini dəqiq müəyyən etmək mümkün deyildir. Bu problem bir çox ölkələrdə aktualdır. Lakin Azərbaycan bu baxımdan daha əlverişsiz coğrafi mövqedə yerləşir. L.Quluzadə demişdir: “Respublikanın illik 32 kubkilometr çay suyu ehtiyatının 20 kubkilometri ölkəmizin hüdudlarının kənarından – Türkiyə, Gürcüstan və Ermənistandan gəlir. Gürcüstan və Ermənistan su arteriyalarının çirklənməsinin başlıca səbəbkarıdır. Göstəricilər məyusedicidir. Məsələn, Azərbaycan su mühafizəsi idarələrinin məlumatına görə, ölkəmizə hər il 7662 min ton həll olunmuş kimyəvi birləşmələr, 300 tona yaxın metal birləşmələri və sair daxil olur”.
Onun sözlərinə görə, təkliflərdə Bakıda və rayonlarda içməli suyun daimi monitorinqi ilə yanaşı, lazım gəldiyi təqdirdə, ölkənin sanitariya-nəzarət və su mühafizəsi xidmətlərinə məlumat verilməsi də nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]