Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən

Hörmətli İlham Heydər oğlu,

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

Almazbek Atambayev

Qırğız Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin