İQTİSADİYYAT
Qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0102025514 ISIN kodlu, 182 gün tədavül müddətli, 15 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 8 investor tərəfindən 18 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 23,960,200.00 manat təşkil edib. Sifarişlər 90.9800 manat (19.9928 faiz) və 92.6718 manat (15.9464 faiz) qiymət intervalında təqdim olunub.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.3895 manat (18.9996 faiz) orta ölçülmüş qiyməti 91.6935 manat (18.2681 faiz) olub. Bağlanılmış əqdlər üzrə hesablaşmalar dekabrın 21-də (t+1) həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 15 milyon manatdır. İstiqrazlar gələn il iyunun 20-də ödəniləcək.
Bu gün, həmçinin BFB-də Maliyyə Nazirliyinin manat nominallı, AZ0104026510 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilən hərracda 4 investor tərəfindən 10 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 11,585,800.00 manat təşkil edir.
Sifarişlər 81.3842 manat (23.0000 faiz) və 86.3460 manat (15.9002 faiz) qiymət intervalında təqdim edilib. Hərrac zamanı toplanmış sifarişlər emitent tərəfindən təmin edilməyib.