Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal buğda böhranı və Azərbaycana təsirləri

Qlobal buğda böhranı və Azərbaycana təsirləri

Bakı, 7 yanvar, AZƏRTAC

Beynəlxalq Taxıl Şurasının (IGC) taxıl bazarı üzrə son proqnozlarına görə qlobal buğda istehsalı 2021/2022 marketinq ilində 2020/2021 marketinq ilinə nisbətən 0,5 faiz artaraq 777 milyon ton olacaq.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov “Qlobal buğda böhranı və Azərbaycana təsirləri” mövzusunda yazdığı məqalədə bildirib. AZƏRTAC həmin məqaləni təqdim edir.

Dünya bazarında buğda istehsalı, ticarəti və istehlakı

Ümumiyyətlə son on il ərzində dünya üzrə buğda istehsalında 10 faizə qədər artım müşahidə edilib ki, bunun da əsas səbəbi məhsuldarlığın artmasıdır.

Buğda istehlakına gəldikdə isə onu deyə bilərik ki, bu sahədə müşahidə edilən son illərin göstəriciləri istehsal ilə müqayisədə daha yüksək artım tempinə malikdir. Belə ki, əgər 2019/2020 marketinq ilində dünya üzrə buğda istehlakı 745 milyon ton olmuşdusa bu 2020/2021 marketinq ilində 3,5 faiz artaraq 771 milyon ton olub. Gələcək ilə bağlı proqnozlar da buğda istehlakının dünya üzrə kəskin artacağını qeyd edir. Belə ki, 2021/2022 marketinq ilində qlobal buğda istehlakının 782 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da 1,5 faizlik artım deməkdir.

Baxmayaraq ki, qlobal buğda ehtiyatlarında (carryover stocks) son marketinq illəri üzrə müqayisə 0,7 faizlik artım göstərir, ehtiyatlarda 2021/2022 marketinq ilində əvvəlki illə müqayisədə 1,5 faizə qədər azalma müşahidə ediləcəyi proqnozlaşdırılır. Bu da buğda ehtiyatlarından istifadənin artması deməkdir.

Qlobal buğda ticarətində də ötən illər ərzində artım müşahidə edilib. Belə ki, 2019/2020 marketinq ilində buğda ticarətinin həcmi 185 milyon ton olduğu halda 2020/2021 marketinq ilində bu rəqəm 3,2 faiz artaraq 191 milyon ton təşkil edib. Hazırda dünya üzrə əsas buğda istehsalçıları Çin, Hindistan, Rusiya, ABŞ və Fransadır. Qlobal buğda istehsalının təxminən 52 faizi məhz bu ölkələrin payına düşür.

Dünya bazarında buğdanın qiyməti

Hazırda dünya bazarında buğda qiymətləri son doqquz ilin ən yüksək göstəricisidir. Dünya Bankının məlumatlarına əsasən, 2021-ci ilin ilk rübündə buğdanın 1 tonunun orta qiyməti 275 ABŞ dolları olduğu halda, ilin sonuna yaxın dördüncü rübdə qiymət 12 faiz artaraq 308 ABŞ dolları olmuşdur. 2021-ci ilin dördüncü rübündə müşahidə edilmiş buğdanın orta qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 25 faiz yüksəkdir.

Dünya bazarında buğdanın qiymət artımını doğuran səbəblər

Ümumiyyətlə, ərzaq bazarında qiymətlərə təsir edən faktorlar mürəkkəbdir. Belə ki, hava şəraiti, ticarət siyasəti, aqrar siyasət, taxıl ehtiyatı siyasəti, bioyanacaq siyasəti və dəyişən beynəlxalq maliyyə şərtləri ərzaq qiymətlərinə təsir edən mühüm amillərdir. Dünya üzrə buğdaya olan tələbatın artması fonunda təklifin azalması qiymətlərin artımını labüd edir. Dünya bazarında buğdanın qiymətinin artmasına təsir edən əsas amillərə əlverişsiz hava şəraitini, proteksionist siyasəti, buğda ehtiyatlarının artırılması siyasətini, dəyişən xərclərin artımını, böhran və müharibə qorxusunu aid etmək olar.

Kənd təsərrüfatı iqlim dəyişkənliyinə və ekstremal hava şəraitinə çox həssasdır. Ötən il ərzində ABŞ, Kanada və Rusiyada müşahidə olunan quraqlıq və yüksək temperatur buğda istehsalına ciddi şəkildə təsir edib. Məsələn, ABŞ-da quraqlıq və yüksək temperatur 2021-ci ildə yazlıq buğda məhsulunun 40 faiz azalmasına və ümumi buğda yığımının isə 10 faiz azalmasına səbəb olub.

Buğda istehsalı ilə məşğul olan əsas istehsalçı ölkələr ərzaq təhlükəsizliklərini riskə atmamaq üçün bazara müdaxilə edirlər. Məsələn, Rusiya kimi əsas buğda ixracatçısı buğda ixracını məhdudlaşdıracaq siyasət yürüdür. Belə ki, 2021-ci ilin ortalarından Rusiya buğda ixracına vergi tətbiq etməyə başlayıb (94,9 ABŞ dolları/ton). Digər tərəfdən isə Rusiya ixracı tənzimləmək üçün 2022-ci ildən daha sərt tədbirlər həyata keçirməyi planlaşdırır. Belə ki, bu ölkə mövcud ixrac vergisini artırmaqla yanaşı, fevralın 15-dən iyunun sonuna qədər olan dövr üçün 8 milyon ton buğda ixracı kvotası tətbiq edəcəyini bildirib.

Digər önəmli səbəb isə bəzi ölkələrin 2022-ci illə bağlı gözləntilərinin optimist olmamasıdır. Buna görə də, digər əsas buğda istehsalçısı olan Çin son aylarda ciddi şəkildə buğda ehtiyatı yığmağa başlayıb. Statistik məlumatlara görə, Çinin buğda idxalı 2021-ci ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizə qədər artıb. ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatlarına görə, 2022-ci ilin ortalarına qədər Çin dünya buğda ehtiyatlarının 51 faizinə sahib olacaq. Belə təmayüllər bəzi inkişaf etmiş ölkələrdə də müşahidə edilir. Bundan əlavə, ölkə daxilində Çin hökuməti fermerlərə öz məhsulları üçün minimum qiymət təklif edir ki, sonradan bu məhsulları tədarük edərək ərzaq ehtiyatlarının artırılması üçün istifadə edir. Çin hökuməti 2021-ci ilin mart ayında 2014-cü ildən bu yana ilk dəfə buğdanın minimum qiymətini qaldırdı ki, bu da həm daxili, həm də xarici bazarlara qiymət artımı ilə bağlı siqnallar ötürdü.

Məhsul istehsalçılarının xərclərinin artması öz növbəsində məhsulun maya dəyərinin və qiymətinin də artmasına səbəb olur. Məsələn, bir sıra buğda istehsalı ilə məşğul olan ölkələrdə fermerlər məhsuldarlığı artırmaq üçün istifadə etdikləri gübrələrə 2020-ci ildə ödədiklərindən 2-3 dəfə çox vəsait xərcləməli olublar (Oklahoma Buğda Komissiyası). Ümumilikdə qlobal gübrə qiymətləri artaraq 2008-2009-cu illərdəki qlobal maliyyə böhranından bəri ən yüksək səviyyəyə çatıb. Bundan əlavə, toxumun, yanacağın, məhsulun saxlanması ilə bağlı xərclərin artması da buğdanın maya dəyərinə və qiymətinə təsir edib.

Azərbaycanda buğda istehsalı və idxalı

Buğda ölkədə ərzaq təhlükəsizliyini təmin etmək üçün əsas kənd təsərrüfatı məhsulu hesab edilir. Məhz bu səbəbdən, əkin strukturunda buğda xüsusi çəkiyə malikdir. Belə ki, 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib ki, bu da ümumi əkin sahəsinin təxminən 40 faizinə bərabərdir. Ümumilikdə, buğdanın əkin sahəsində ötən il ilə müqayisədə 1,1 faizlik artım müşahidə edilib. Ölkə üzrə buğda istehsalı isə 2021-ci il üzrə ilkin məlumatlara əsasən 1,9 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə 1 faiz artım deməkdir.

Dövlət Statistika Komitəsinin hazırladığı ən son ərzaq balansı məlumatlarına görə (2020-ci il üzrə), Azərbaycanın illik buğda tələbatı təxminən 3,5 milyon tondur. Ölkə ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi 57 faizdir, bu da onu deməyə əsas verir ki, daxili təlabatın bir hissəsi idxal hesabına ödənilir. Ümumilikdə isə son illər ərzində idxal olunan buğdanın 80 faizdən çox hissəsini Azərbaycan Rusiyadan idxal edir. Ölkədə buğda idxalı 1 milyon tondan çox olub (2021-ci il yanvar-noyabr aylarında) ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,5 faizdən çox azalma deməkdir. Ölkəyə Rusiyadan idxal olunan buğdanın 2021-ci ilin dekabr ayında 1 tonunun orta aylıq ixrac qiyməti 338 ABŞ dolları olmuşdur ki, bu da 2020-ci ilin dekabr ayı ilə müqayisədə 33 faiz yüksəkdir.

Buğda istehsalı, idxalı, emalı və tədarükünə dövlət dəstəyi tədbirləri

Ümumilikdə ölkədə aqrar sektorun inkişafı üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif dövlət dəstəyi tədbirləri həyata keçirilir. 2021-ci il ərzində buğda əkinlərinin hər hektarına verilən subsidiya buğda əkininin maya dəyərinin təxminən 35-40 faizinə bərabər olub. 2022-ci ildən isə hektara subsidiyanın məbləği artaraq 210 manat təşkil edəcək. Bundan əlavə, buğda istehsalçılarına suvarma suyu subsidiyalaşmış qiymətlərlə təklif olunur. Fermerlərlə yanaşı un istehsalı ilə məşğul olanlar da ötən il ərzində dövlət tərəfindən ayrılan subsidiyalardan faydalanıblar. Belə ki, 2021-ci ilin fevral-sentyabr aylarında un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 35 manat məbləğində subsidiya verilib.

Buğda istehsalçıları, digər kənd təsərrüfatı məhsulları istehsalçıları kimi, torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Bundan əlavə, ölkədə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 2024-cü ilin yanvarın 1-nə qədər ƏDV-dən azad edilib ki, bu da unun maya dəyərinin aşağı olmasına xidmət edir. Bundan əlavə, un və buğdanın hər tonunun ixracı üçün 200 dollar həcmində ixrac rüsumu tətbiq edilir. Ölkədə buğda ehtiyatlarının lazımi səviyyəyə çatdırılması məqsədilə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır.

Yüksək buğda qiymətlərinin daxili bazar təsirləri

Göründüyü kimi Azərbaycanda buğda və ondan alınan məhsulların, xüsusilə də, un və un məmulatlarının qiymətləri xarici bazarlardan asılıdır. Yuxarıda da qeyd edildiyi kimi, Rusiyanın buğda ixracını tənzimləmək üçün ixracının əngəlləməsi Azərbaycan bazarına təsirsiz ötüşə bilməz. Nəzərə alsaq ki, Azərbaycanda əhalinin qida rasionunda xüsusi çəkisi olan çörək və digər un məmulatlarının hazırlanması üçün buğda unu əsas xammaldır, dünya bazarında buğdanın bahalaşmasının ölkə daxilində çörəyin qiymətinə təsiri proqnozlaşdırılan idi. Azərbaycanda un istehlakı 2020-ci ildə adam başına orta hesabla 84,4 kiloqram olub ki, bu da buğda istehsal edən ölkələrlə müqayisədə yüksək göstəricidir. Belə ki, inkişaf etmiş ölkələrdə adambaşına un istehlakı il ərzində 55-65 kiloqram arasında dəyişir.

Rəsmi məlumatlara əsasən un və çörək istehsalçıları ilə müzakirələrdən sonra qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib. Belə ki, 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti isə 65 qəpik müəyyən edilib.

Buğda istehsalı ilə bağlı proqnozlar

İşğaldan azad edilmiş rayonlarda buğda əkini üçün böyük potensial mövcuddur. 1990-cı ilə qədər ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının təxminən 40 faizə yaxını məhz keçmiş Qarabağ iqtisadi rayonunun payına düşürdü. Ümumilikdə isə 250 min hektardan çox əkinə yararlı torpaqların böyük bir hissəsi taxılçılıq üçün istifadə edilirdi. İstehsal edilən taxıl isə ölkənin ümumi istehsalının 14,3 faizini təşkil edirdi. Bunları nəzərə alaraq, demək olar ki, orta və uzunmüddətli perspektivdə işğaldan azad edilmiş ərazilərdə əkinə yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması ölkənin buğda ilə özünü təminetmə səviyyəsini mövcud 57 faizdən 65 faizə qədər artıra bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir