SİYASƏT
Qondarma “prezident seçkiləri” regionun inkişafına ciddi əngəl törədir
Bakı, 20 iyul (AZƏRTAC). Beynəlxalq birliyin erməni separatçılarının Azərbaycanın işğal olunmuş ərazilərində keçirdikləri qondarma “prezident seçkiləri”ni tanımaması və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi XXI əsrdə dövlətlərin sərhədlərinin zorla dəyişdirilməsinin qəbuledilməzliyini göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 20-də Azərbaycanın xarici siyasət idarəsinin sözçüsü Elman Abdullayev işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nə münasibət bildirərkən demişdir.
E.Abdullayev söyləmişdir ki, qondarma “seçkilər”in tanınmaması mövcud status-kvonun təkcə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən deyil, dünya birliyi tərəfindən qəbuledilməz olduğunu sübut edir. “Bu cür addımların atılması Ermənistan rəhbərliyinin növbəti təxribatı və sülh prosesinə böyük zərbə kimi qiymətləndirilməlidir. Bu, regionun inkişafına ciddi əngəl törədir”, - deyə XİN-in sözçüsü əlavə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [21:23]
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib
- 07.05.2024 [20:30]
Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK
- 07.05.2024 [19:35]
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
- 07.05.2024 [18:58]
FIFA prezidenti COP29-a dəvət olunub
- 07.05.2024 [17:44]
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
- 07.05.2024 [17:29]