MƏDƏNİYYƏT
Qorqudşünaslığımıza dəyərli töhfə
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik zövqlə hazırlanmış bu dəyərli əsərin redaktorları AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu və filologiya üzrə fəlsəfə doktoru Nail Qurbanovdur.
Müəllif “Türkün möcüzələrindən biri: Dədə Qorqud Kitabı” adlı “Ön söz”də yazır: “Heç bir xalqın qəhrəmanlıq dastanında onun tarixi Azərbaycanın müəyyən dövr tarixinin “Dədə Qorqud Kitabı”nda verildiyi qədər canlı, mötəbər və dəqiq əks olunmur. Dədə Qorqud qəhrəmanlıq dastanı tariximizin ilk yazılı dərsliyidir. Bu dərslik millətimizin tarixi-etnoqrafik damğası və ailə-əxlaq məcəlləsi sayılır. Bu dərslik qəhrəmanlıq salnaməmizdir, həm də bədii ədəbiyyatımızın yazılı başlanğıcıdır, bədiiliyin kamillik örnəyidir, dilimizin qədim gözəlliyinin güzgüsüdür. Kimlik vəsiqəmizdir, bizi biz edən keyfiyyətlərin toplusudur”.
Kitab, “Dədə Qorqud Kitabı”, “Bədii quruluşu haqqında müxtəsər söz”, “Dədə Qorqud Kitabı - oğuz tarixinin yazılı dərsliyi kimi”, “Bir daha Qorqudun kimliyi haqqında”, “Kitabda Oğuz ailəsi”, “Dədə Qorqud dünənimizin keçmişidir”, “Şumer mifləri və Dədə Qorqud Kitabı” və digər bölümlərdən, zəngin ədəbiyyat siyahısından ibarətdir.
Bu dəyərli əsər “Dədə Qorqud” eposunun elm aləminə bəlli olmasının 200 illiyinə həsr edilib.