İQTİSADİYYAT
Qorxmaz Hüseynov: Su qıtlığının qarşısını almaq üçün yeni alternativ su mənbələri inşa edilir
Bakı, 5 iyun, Elvin Camalov, AZƏRTAC
Su qıtlığının qarşısının alınması üçün yeni alternativ su mənbələri inşa olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda hesablanmış su mənbələrinin 2030-cu ilə qədər istifadə olunması nəzərdə tutulsa da, qlobal istiləşmə bu mənbələrdə su qıtlığının yaranmasına səbəb olub. Bununla əlaqədar Gədəbəy, Tovuz, Lerik və Şamaxıda alternativ su mənbələri yaradılır: “Gədəbəy və Lerikdə su mənbələrinin yaradılması işləri yekunlaşmaq üzrədir. Lakin Şamaxıda layihə geniş olduğu üçün burada işlər ilin sonuna qədər yekunlaşdırılacaq”.
ASC sədri qeyd edib ki, Tovuzda alternativ su mənbəsinin yaradılması işləri yubandığından su qıtlığı yaranacağı təqdirdə orada yerləşən köhnə su xətti bərpa edilərək müvəqqəti istismara veriləcək.