Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə qəbul edilən bəyanatlar yeni dünya düzəninin formalaşmasına verilən töhfədir - ŞƏRH

Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə qəbul edilən bəyanatlar yeni dünya düzəninin formalaşmasına verilən töhfədir -  ŞƏRH

Bakı, 5 mart, AZƏRTAC

Qoşulmama Hərəkatı 1961-ci ildə yaradılmasına baxmayaraq, onun dünya gündəminə təsir edəcək qərarları Azərbaycanın sədrliyi dövründə qəbul olunub. Azərbaycan Qoşulmama Hərəkatının ən gənc üzvü olmasına rəğmən, Hərəkatın üzvlüyünə qəbul olunduqdan cəmi yeddi il sonra ona sədrlik etməyə başlayıb. Ölkəmizin Hərəkata sədrliyi dövründə dünya gündəmini dəyişən yeni növ koronavirus (COVID-19) pandemiyasi həyatımıza daxil oldu. COVID-19-un dünyanı cənginə alması nəticəsində ciddi məhdudiyyətlərin tətbiqi beynəlxalq təsisatlarda da canlı görüşlərin keçirilməsinin ləğv olunmasına gətirib çıxarmışdı. Lakin Prezident İlham Əliyevin hər bir çətin vəziyyətdə qərar qəbul etmək bacarığı sayəsində pandemiya dövründə də yeni - onlayn formatda görüşlərin keçirilməsi təcrübəsi meydana gəldi. Demək olar ki, dünya praktikasında mötəbər beynəlxalq qurumlarda onlayn iclas keçirilməsi ilk dəfə Qoşulmama Hərəkatının tədbirlərində tətbiq edildi. Sonradan həmin təcrübə digər beynəlxalq təşkilatlara da ötürüldü.

Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov AZƏRTAC-a açıqlamasında bildirib.

A.Badamov vurğulayıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə dünya gündəmi üçün vacib qərarlar qəbul edildi. Belə ki, Qoşulmama Hərəkatının adından BMT-yə xüsusi sessiyanın çağırılması ilə bağlı müraciət olundu. 2020-ci il dekabrın 3-4-də BMT-nin xüsusi sessiyası çağırıldı. 2021-ci il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi. Azərbaycanın Hərəkata sədrlik etdiyi dönəm həm də onun fəaliyyətində təsisatlanma fazası oldu. Belə ki, ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament və Gənclər şəbəkələri təsis edildi.

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də keçirilən Zirvə görüşünün vacib çağırışlar və təşəbbüslərlə yadda qaldığını bildirən deputat qeyd edib ki, Hərəkatın sədri Prezident İlham Əliyevin geniş nitqində bu gün qütbləşmənin yaşandığı bir dövrdə yeni dünya nizamının yaradılması ilə bağlı çox vacib məsələ gündəmə gətirildi. BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin səmərəsiz olması və müəyyən maraqlara işləməsi dünya nizamına ayrı-seçkilik, ikili standartlar və selektiv yanaşmalar gətirib. Ona görə də BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının, bütün qitələrin nümayəndələrinin və Qoşulmama Hərəkatına sədrlik edən ölkənin daimi üzvlər arasında yer almasının vacibliyi qeyd olundu. Çünki Afrika kimi böyük bir qitənin daimi əsasda təmsil olunmadığı Təhlükəsizlik Şurasının bu qitə haqqında qərarlar qəbul etməsi düzgün deyil. O cümlədən dünya əhalisinin 2 milyarda yaxını müsəlman olduğu təqdirdə müsəlman ölkələr BMT Təhlükəsizlik Şurasında daimi qaydada təmsil olunmadan onların taleyi haqqında ədalətli qərarlar qəbul edilə bilməz. Dünyanın ən böyük ikinci təsisatı olan Qoşulmama Hərəkatına sədrlik edən ölkənin BMT Təhlükəsizlik Şurasında olmaması heç bir məntiqə uyğun gəlmir. Bütün bunlar dünya nizamı üçün vacib məsələlərdir.

“Prezident İlham Əliyev çıxışında dünyada neokolonializm meylinin artdığını və tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatının bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməli olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı, xüsusilə Fransanın müstəmləkə və neokolonializm baxışlarının dəyişmədiyini təəssüflə qeyd etdi. Azərbaycan Prezidentinin “Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləyib. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” – çağırışı həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın dünya nizamı üçün təhlükəli qərarlar qəbul etməyə cəhd göstərməsinə və köhnə baxışlarından əl çəkməməsinə dair mesajdır”, - deyə A.Badamov qeyd edib.

Milli Məclisin deputatı bildirib ki, Zirvə görüşündə, həmçinin pandemiyanın Davamlı İnkişaf Məqsədlərinin icra olunmasına mənfi təsir göstərdiyi nəzərə alınaraq, 2030-cu ilin gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylərin gücləndirilməsi təklif olunub. Bununla əlaqədar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasının dəstəklənməsinə çağırış edildi və Azərbaycanın bu çağırışa qoşularaq 1 milyon ABŞ dolları məbləğində vəsait ayırdığı bəyan olundu. Qoşulmama Hərəkatının Bakı sammiti çox yüksək səviyyədə təşkil edildi. Qəbul edilən bəyanatlar və səsləndirilən çağırışlar yeni dünya düzəninin formalaşmasına verilən töhfədir. Bu, həm də dünyanın Azərbaycana inamını və etibarını artırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib