SİYASƏT
QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ BAŞ TUTMUŞDUR
Bakı, 25 noyabr (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 25-də Azərbaycanın Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq baş tutmuşdur.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Vladimir Çontulov keçirmişlər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrji Aberle və Jaslan Nurtazin yerinə yetirmişlər.