Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qubadlılar Azərbaycanın 2012-ci ildə qazandığı uğurları Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirirlər

Sumqayıt, 30 dekabr (AZƏRTAC). Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən “Şəfa” mərasim evində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli tədbir keçirilmişdir. 

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti strukturlarının, ziyalıların, ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin və müharibə əlillərinin, məktəblilərin qatıldıqları tədbirdə aztəminatlı ailələrdən olan uşaqlar da iştirak etmişlər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Malik İsaqov qubadlıları əlamətdar bayramlar münasibətilə təbrik edərək bildirmişdir ki, Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2012-ci ildə respublikamızın regional və qlobal əhəmiyyəti daha da artmış, xalqımızın sosial rifah halı xeyli yüksəlmişdir.

Malik İsaqov diqqətə çatdırmışdır ki, yola saldığımız ildə Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasında təmsil olunmaqla dünyanın siyasi olimpinə yüksəlmiş və qlobal güclərlə birlikdə planetimizdəki əsas çağırışlara cavab vermişdir.

Ötən il ölkəmizin bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsindən, Trans-Anadolu Qaz Kəmərinin (TANAP) reallaşdırılması ideyasını irəli sürməklə Avropanın enerji  coğrafiyasında yeniliyə imza atmasından bəhs edən rayon rəhbəri Dünya İqtisadi Forumunun iqtisadi reytinqində Azərbaycanın 144 dövlət arasında 46-cı yerdə qərarlaşmaqla 9 pillə irəliləməsini, MDB məkanında liderliyini möhkəmləndirməsini Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət kursunun uğuru kimi qiymətləndirmişdir. O, həmçinin bildirmişdir ki, “İdman ili” olan 2012-ci ildə Olimpiya yığmamız XXX London Yay Olimpiya Oyunlarını 10 medalla dünya ölkələri arasında 30-cu yerdə başa vurmaqla ölkəmizin idman dövləti statusunu daha da gücləndirmişdir.

Bildirilmişdir ki, birinci Avropa Yay Olimpiya Oyunlarının 2015-ci ildə məhz Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizin Avropa ailəsində yüksək nüfuz sahibi olmasını bir daha təsdiqləmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin haqlı mövqeyinə olan beynəlxalq dəstək artmaqdadır, deyən icra hakimiyyətinin başçısı 2012-ci ilin minlərlə məcburi köçkün ailəsinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə də yadda qalmasından bəhs etmişdir.

Malik İsaqov demişdir ki, yola saldığımız ildə Qubadlı rayonunda da əhalinin mənzil-məişət problemlərinin həlli, idarə, müəssisə və təşkilatların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində rayon icra hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilmişdir. İl ərzində əhalinin məskunlaşdığı 40-a qədər obyektdə müvafiq təmir işləri aparılmış, 20-yə qədər ailənin məskunlaşdığı fərdi mənzillərdə zəruri təmir işlərinin aparılmasına köməklik edilmiş, 4000 kvadratmetrədək sahəyə asfalt çəkilmiş, 3 məktəbdə müasir istilik sistemi quraşdırılmışdır. Bu möhtəşəm mərasim evi də cari ildə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Sonra o, yola saldığımız ilin rayon gənclərinin təhsil, idman, mədəniyyət sahəsində qazandıqları uğurlardan danışmışdır. Bildirmişdir ki, rayon məktəblərini bitirən məzunlardan 122 nəfəri, başqa sözlə, ali məktəblərə qəbul imtahanlarında iştirak edənlərin 46 faizi tələbə adını qazanmışdır. Rayonun təmsilçiləri mədəniyyət sahəsində keçirilən müsabiqə və festivallarda uğurla çıxış etmişlər. İdmançılarımız isə müxtəlif beynəlxalq və respublika səviyyəli idman yarışlarında 46 medal qazanmışlar.

“Xalqımız, eləcə də rayonumuzun əhalisi bütün bu uğurları ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik strategiyasından qaynaqlanan, Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən bacarıq və qətiyyətlə, yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirilən daxili və xarici siyasətin nəticəsi kimi minnətdarlıqla dəyərləndirir”, - deyən icra hakimiyyətinin başçısı daha sonra bildirmişdir ki, torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə Qubadlı rayonundan yüzlərlə insan şəhid olmuşdur. Onların xatirəsi hər kəs üçün əzizdir. Bu gün də bir çox qubadlılar onlara tapşırılan sahələrdə müstəqil Azərbaycan naminə layiqincə çalışırlar.

Malik İsaqov torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Əliyev Mübariz Əbdül oğlunun Azərbaycan Respublikası Prezidentinin 2012-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildiyini bildirmiş və ordeni şəhidin anası Səkinə Əliyevaya təqdim etmişdir.

Uzun illər dövlət qulluğunda səmərəli fəaliyyət göstərmiş və 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilmiş Cəfərov Xanış Fərzalı oğluna “Tərəqqi” medalı təqdim olunmuşdur.

Tədbirdə çıxış edən ağsaqqallar əldə olunmuş bütün nailiyyətlərin fövqündə dövlət başçısının adının dayandığını və gələcək uğurların da mənbəyi məhz Prezident İlham Əliyevin yorulmaz, fədakar fəaliyyətinin nəticəsi olduğunu xüsusi ilə vurğulamışlar.

Geniş və maraqlı konsert proqramı ilə davam edən bayram tədbirində 2012-ci ildə uğurlar qazanmış gənclər də unudulmamışdır. Rayon rəhbərliyi tərəfindən 65 gəncə qiymətli hədiyyələr təqdim edilmişdir. Bayrama qatılan uşaqlara isə bayram hədiyyələri verilmişdir.

Tədbirdə Şaxta baba və Qar qızın iştirakı, yolka ətrafında uşaqların şən rəqsləri iştirakçıların əhval-ruhiyyəsini və gələcəyə inamını daha da artırmışdır. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keniyada daşqınlar 90-dan çox insanın həyatına son qoyub

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb