REGİONLAR
Qusarda evdən oğurluq edən şəxs saxlanılıb
Xaçmaz, 29 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar sakininin evindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qusar rayonu Köhnəxudat kənd sakini Orxan Gülməmmədov noyabrın 27-də polis şöbəsinə müraciət edərək evindən 350 manat pulunun oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xürel kənd sakini İsmayıl Mədətov saxlanılıb. Dindirilmə zamanı İ.Mədətov törətdiyi cinayət əməlini etiraf edərək, oğurluqla əldə etdiyi pulları xərclədiyini bildirib.
Faktla bağlı Qusar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.