DÜNYA
Qvatemalada avtomobil qəzası nəticəsində 43 nəfər həlak olmuşdur
Bakı, 10 sentyabr (AZƏRTAC). Qvatemalanın şərqində Çimaltenanqo departamentində baş vermiş avtomobil qəzası nəticəsində 43 nəfər həlak olmuş, onlarla insan yaralanmışdır.
Yerli hakimiyyət orqanları nümayəndələrinin məlumatına görə, sərnişinlə ağzına kimi dolu avtobus idarəetməni itirmiş və uçuruma yuvarlanmışdır. Ölənlər arasında bir neçə uşaq da vardır.
Qəza nəticəsində zərər çəkənlər xəstəxanaya çatdırılmışlar. Onlardan bəziləri ağır vəziyyətdədirlər.
İlkin məlumata görə, qəzanın səbəbi avtobusun həddindən artıq yüklənməsi olmuşdur. Magistralın çətin keçilən hissələrindən birində avtobusun əyləcləri sıradan çıxmışdır.
Nəticədə avtobus sürüşərək şose yolun kənarındakı 75 metr dərinliyində uçuruma aşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
- 03.05.2024 [14:15]
Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər
- 03.05.2024 [13:54]
İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib
- 03.05.2024 [13:53]