MƏDƏNİYYƏT
Ralf Ziqel “Eurovision” mahnı müsabiqəsində San Marinonu bəstəkar kimi bir daha təmsil edəcək VİDEO
Bakı, 13 aprel, AZƏRTAC
Məşhur alman bəstəkarı Ralf Ziqel “Eurovision” mahnı müsabiqəsində San Marinonu bəstəkar kimi bir daha təmsil edəcək.
AZƏRTAC mahnı müsabiqəsinin saytına istinadla xəbər verir ki, San Marino təmsilçiləri Anita Simonçini və Mikele Perniola Ralf Ziqelin “Chain of Lights” mahnısını ifa edəcəklər.
Alman bəstəkarı 2012, 2013, 2014-cü illərdə San Marino üçün müvafiq olaraq “The Social Network Song”, “Crisalide (Vola)”, “Maybe” mahnılarını yazıb və bunların hamısını Valentina Monetta ifa edib.
Ralf Ziqel bu il də daxil olmaqla 24-cü dəfədir ki, “Eurovision” mahnı müsabiqəsi üçün mahnı bəstələyir.
Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq. San Marino təmsilçiləri səhnəyə ikinci yarımfinalda çıxacaqlar.