R.Ə.Ağayevin Şirvan Apellyasiya Məhkəməsinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rəşadət Əhməd oğlu Ağayev Şirvan Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 may 2016-cı il.