DÜNYA
Rəcəb Tayyib Ərdoğan mayın 2-də hakim partiyaya üzv olacaq
Bakı, 28 aprel, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 2-də yenidən hakim Ədalət və İnkişaf Partiyasına üzv olacaq.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib. “Mayın 2-də parlament fraksiyasının toplantısında prezidentin üzvlüyü barədə qərar qəbul edəcəyik”, - deyə Baş nazir qeyd edib.
Bir qədər əvvəl prezidentin mətbuat katibi İbrahim Kalın Türkiyə liderinin aprelin 16-da keçirilən konstitusiya referendumunun yekun nəticələri elan edildikdən sonra hakim partiyaya üzv olmağa hazırlaşdığını deyib. Türkiyə KİV-ləri Ərdoğanın mayın 21-də keçiriləcək növbədənkənar partiya konqresində sədr postuna qayıda biləcəyini yazırlar.
Ədalət və İnkişaf Partiyasının banisi Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə ölkə prezidenti seçildiyi üçün təşkilatı tərk etməyə məcbur olmuşdu. Referendumda qəbul olunan konstitusiya düzəlişlərinə əsasən, bundan sonra prezident öz siyasi partiyasında qala bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]