REGİONLAR
Region gəncləri növbəti dəfə “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
Bakı, 7 mart, AZƏRTAC
Regionlarda “Könüllü qonaq” təşəbbüsü davam edir. Gənclərimiz böyük həvəs və eyni zamanda, məsuliyyətlə bu təşəbbüsə qoşulurlar.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsü Göyçay, Samux və Sabirabad gəncləri tərəfindən də davam etdirilib. Gənclər rayonlarda yaşayan qayğıya ehtiyacı olan sakinlərin evlərinə baş çəkiblər.
Xatırladaq ki, həmin təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.
Gənclər məişətlə bağlı ev sahiblərinə kömək göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.