ELM VƏ TƏHSİL
Relikt ağacların qorunması imkanları müzakirə olunub
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat bağı Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Seyfullayev Tbilisidə “İtmə təhlükəsi olan reliktlər: onların Avrasiya boyunca qorunması imkanları və tədqiqat layihələri” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.
Nəbatat bağından AZƏRTAC-a bildiriblər ki, tədbirdə F.Seyfullayevin “Azərbaycanda bitən relikt şabalıdyarpaq palıdların radial artım xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib.
İsveçrə, İtaliya, Polşa, İran, Çin, Yaponiya və digər ölkələrdən nümayəndələrin qatıldıqları simpoziumda alimlər relikt ağacların qorunması imkanlarını müzakirə ediblər.