DÜNYA
Rəsmi Livan minlərlə suriyalı qaçqının ölkəsinə axınının sosial-iqtisadi partlayışa səbəb olacağından narahatdır
Bakı, 5 fevral (AZƏRTAC). Suriyada İnsan Hüquqlarının Müşahidəsi Qrupunun yaydığı məlumata görə, son bir gün ərzində (4 fevral) ölkədə gedən döyüşlərdə ölənlərin sayı 123 nəfərə çatmışdır. Hökumət qüvvələri üsyançıların paytaxt Dəməşq ətrafında, eləcə də Homs, Deyr-Azur və Hələb şəhərlərində mövqelərini raket atəşinə tutmuşlar. Müxalifət silahlıları isə Hələbdə yerləşən Kvers hərbi aeroportunu hədəfə alıblar.
“Anadolu” agentliyinin xəbərinə görə, son sutka ərzində daha 1600 suriyalı vətəni tərk edərək Türkiyəyə üz tutmuşdur. Bundan əlavə, sərhədyanı kəndlərin yüzlərlə əhalisi Türkiyə ərazisinə keçməyə hazırlaşır.
Rəsmi Livan isə minlərlə suriyalı qaçqınların ölkəsinə axınının sosial-iqtisadi partlayışa səbəb olacağından narahatdır. Bu arada, Suriya Milli Koalisiyasının rəhbəri Muaz Əl-Xətib bildirmişdir ki, hökumətlə dialoq yalnız Bəşər Əsədin hakimiyyətdən getməsi şərti ilə mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]
Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb
- 30.04.2024 [14:55]