Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Rəssamlığımızın Mirzə Qədim İrəvani zirvəsi

Bakı, 15 may, AZƏRTAC

Duyulası zaman distansiyası bizə Azərbaycan təsviri sənətini bənzərsiz sənət inciləri ilə zənginləşdirən Mirzə Qədim İrəvaninin (1825-1875) axtarışlara köklənmiş yaradıcılığının əsl dəyərini göstərməyə imkan verir. Qənaətimizcə, onun çoxəsrlik sənət tariximizə verdiyi ən böyük töhfə ənənə və müasirlik probleminin həlli kontekstində, milli rəssamlığımızı duyğulandırıcı realist-gerçəkçi ifadə vasitəsilə yeniləşdirməsi olmuşdur. Başqa sözlə desək, o, yaradıcılığında Şərq və Qərb bədii ənənələrini daha qabarıq və uğurla birləşdirən rəssam kimi sənət tariximizə daxil olmuşdur...

Bu yerdə məcburən bir qədər tarixə ekskurs etməklə deməliyik ki, Azərbaycan təsviri sənətində ilkin təzahürlərini XVIII əsrdən başlayaraq göstərən “Qacar üslub”u əslində Ağa Məhəmməd şah Qacarın hakimiyyəti dövründə bir-çox sənətkarların Avropada təhsil almaları ilə əlaqəli idi. Özündə həm Avropa, həm də Şərq rəssamlığı ənənələrini birləşdirən və əsasən kətan üzərində icra olunan bu üslub ölkədə hələ də miniatür əsərlərinin yaradılmasına baxmayaraq geniş yayılmağa başlamışdı. Bizim dövrümüzə gəlib çatmış müxtəlif azərbaycanlı rəssamların əsərləri doğrudan da bu üslub qovğasından yaranan tabloların özünəməxsus bədii dəyərə malik olduğunu təsdiqləyir. Bütün baş verənlərin sayəsində, yəni Azərbaycan rəssamlığına həm də yeni icra vasitəsi və texnikalarının daxil olması ilə təsviri sənətin tətbiq məkanı daha da genişləndi. Bu mənada binaların divarlarını müxtəlif mövzulu rəsmlərin bəzəməsi də bunun göstəricisi sayıla bilər. Vaxtilə Təbriz bəylərbəyinin sarayını, Bakıda Hüseynqulu xanın sarayını, İrəvan sərdarı Hüseynqulu xanın sarayını, Şəkidə Xan sarayını və Şəkixanovların evini, Şuşada Mehmandarovların və Səfibəyovun evini, Quba, Naxçıvan və Şamaxı hamamlarını bəzəyən və bəziləri də bu günə kimi qalan divar rəsmləri özünəməxsus bədii məziyyətləri ilə memarlıq tikililərini zənginləşdirdiklərini təsdiqləyirlər. Həmin sənət əsərlərinin müəllifləri arasında yaradıcılığında Qərb və Şərq bədii ənənələrinin sintezini əks etdirən Mirzə Qədim İrəvani (1825-1875) özünəməxsus dəst-xətti ilə seçilmişdir. Müxtəlif janrlarda kətan və kağız üzərində yaratdığı əsərlərdə onun öz dövrü üçün yeni sayıla biləcək gözəllik duyumunun ən yaxşı xüsusiyyətlərini görmək mümkündür...

Tanışlıq üçün deyək ki, Mirzə Qədim 1825-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvanda sənətkar ailəsində anadan olmuşdur. Bəy nəslindən olan atası Hacı Məhəmməd Hüseyn öz dövrünün çox məşhur ağacoyma ustalarından idi. Elə balaca Qədimin rəssamlığa olan meylinin kökündə də onun göz açdığı vaxtdan evlərində atasının yaratdığı sənət möcüzələri ilə üz-üzə qalmasının durduğunu söyləmək olar. Qədimin uşaqlıq illərində çəkdiyi rəsmlər onun böyük istedadından xəbər verirdi. Bunu atası da, yaxın qohumları da yaxşı görürdülər. Başqa sözlə desək, onun zamanında böyüdükcə atasının yolunun davamçısı ola biləcəyini təsdiqləyəcək istedadı göz qabağında idi. Ancaq sənətə bu qədər böyük sevgisi olan Mirzə Qədimin sonradan professional təhsil almaması indiyə qədər də sual doğuran məsələlərdəndir. Belə ki, vaxtı çatanda atası İrəvanda ibtidai təhsil almış oğlunu Tiflis gimnaziyasına başqa bir peşəyə yiyələnmək üçün göndərir və o, təhsilini bitirəndən sonra doğma İrəvana qayıdaraq ömrünün axırına kimi şəhərdəki poçtda teleqrafçı işləmişdir.

Bu gün duyulası zaman distansiyasından teleqrafçı - rəssamın yaradıcılığının yüksək bədii-estetik dəyərə malik olmasını şərtləndirən səbəblər sırasında heç şübhəsiz ruhunda daşıdığı Allah vergisi olan istedadla yanaşı, onun atasının ecazkar əsərlərindən ilhamlanması, müasir tipli gimnaziyada rəsm sənətinin ilkin vərdişlərinə yiyələnməsi və sonradan davamlı olaraq öz üzərində çalışmasının durduğunu söyləmək olar. Elə bütün bunların nəticəsidir ki, o, Azərbaycan tarixində dövründə çox böyük nüfuza malik ziyalı kimi qalmışdır. Elə Mirzə Qədimin fars, rus və fransız dillərinə bələd olması, musiqi tarixi və nəzəriyyəsi ilə məşğul olması da bunun göstəricisidir. Onun evində məşhur Şərq və Qərb, Avropa və rus ədəbiyyatı nümunələrinin toplandığı zəngin kitabxananın mövcudluğu da onun öz dövrünün çox savadlı adamlarından biri olduğu barədə söylənilənləri təsdiqləyir.

Taleyinə 50 il ömür payı yazılmış M.Q.İrəvaninin adını bu gün Azərbaycan incəsənəti tarixində yaşadan təbii ki, onun yaşının nə qədər olması deyil. Heç şübhəsiz adi poçt məmuruna bu ölməzliyi qazandıran həmin yarım əsrin azlığı və yaxud çoxluğu olmayıb, onun bu müddətdə sənətlə bağlı olması, ecazkar bədii nümunələr yaratmasıdır. Rəssamın onun qalanlarla qalmasını təmin edən bədii yaradıcılığı - ərsəyə gətirdiyi portretlər və divar rəsmlərin bu gün öz xalqına başucalığı və qürur bəxş etməsi isə yəqin ki, həyatdakı ən böyük mənəvi qazancıdır. Varlığında kollej asessoru (çar Rusiyasında mülki rütbə) və rəssam taleyini birləşdirən M.Q.İrəvaninin onların hər ikisinə münasibəti demək olar ki, doğma - bərabər olub. Onun əsərlərini vaxtaşırı “Mirzə Qədim İrəvani” və “Qədim bəy”, bəzən də “kollej asessoru” kimi imzalaması da bunun əyani görüntüsüdür...

O, təsviri sənətin bir çox sahələrində , o cümlədən monumental rəngkarlıq və qrafika sahələrində fəaliyyət göstərmişdir. Onun bir o qədər də çox olmayan bədii irsində portret və ornamental kompozisiyalar geniş yer tutur. Rəssamın kağız, parça, dəri və şüşə üzərində işlənmiş əsərləri bu gün Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində, Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində və Sankt-Peterburqda Dövlət Ermitajında nümayiş etdirilir.

Tədqiqatçılar Mirzə Qədimin yaradıcılığını xronoloji olaraq üç mərhələyə bölürlər. 1840-cı ildən 1850-ci ilə qədərki dövr birinciyə aiddir. Bu illərdə onun daha çox insan təsvirləri ilə əlaqəsi olmayan yaradıcılıq işləri ilə məşğul olması həm də onun gündən-günə, aydan-aya cilalanan istedadının tətbiqi sənət ustası olan atasından öyrəndiyi bədii-texniki vərdişləri başqalarına nümayiş etdirməyinin ifadəsidir. Onun divar tərtibatı və milli tikmələr (“təkəlduz” və “güləbatın”) üçün tərtib etdiyi orijinal çeşni - eskizlər, hazırladığı trafaret-qəliblər də bunu təsdiqləyir. Gözoxşayan milli naxışlardan ibarət belə çeşnilərin əksəriyyətini simmetriya əsasında qurulmuş, nəbatat və yaxud heyvanat aləmindən götürülmüş motivlər təşkil edir. Canlılar aləmindən götürülmüş motivlər arasında bülbül, qaranquş, tovuz quşu, nəbati ornamentlərdə isə ot kolu, qızılgül və nar gülü əsas yer tutur. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunan və qızılgül şaxəsi üzərində oturan bülbülü təsvir edən rəsm bədii dəyərinə görə xüsusi maraq kəsb edir. Qeyd edək ki, məhəbbət rəmzi sayılan və çox geniş yayılmış bu motivin rəssamın yaradıcılığında şüşə, dəri, parça və kağız üzərində çəkilmiş müxtəlif versiyalarına da rast gəlmək mümkündür. Onun bizim dövrə gəlib çatmış “Qırqovul və gülər” rəsm-qəlib nümunəsi də diqqətçəkən nümunələrdəndir. Rəssamın yaradıcılığının ilkin mərhələsinə aid edilən əsərlər arasında onun şüşə üzərində ərsəyə gətirdiyi təsvirlər də mövcuddur. Onlardan ikisi bu gün Bakı muzeyinin kolleksiyasındadır. “Rəqqasə” və “Dərviş” adlanan bu kiçik ölçülü əsərlər yağlı boya ilə çəkilmişdir. Yaşıl fon-yerlikdə milli geyimdə qavalla rəqs edən qadının təsviri gənc Mirzə Qədimin artıq gələcək uğurlarının astanasında olduğunu göstərir. Bozumtul-yaşıl rənglə əhatələnən və ənənəvi geyimdə təqdim olunan dərvişin obrazı da rəssamın ilkin yaradıcılıq axtarışlarının uğurundan xəbər verir.

Rəssamın vəfatından sonra ailə arxivində onun yüzdən çox əsəri qalıbmış. Bizim günümüzə isə onların yalnız 23-ü gəlib çatmışdır. Bunlar da ermənilərin 1918-ci ildə İrəvanda yaşayan azərbaycanlılara qarşı törətdikləri qırğınlardan xilas olmağa çalışan ailə üzvlərinin özləri ilə götürə bildikləri nümunələrdir. Sulu boya və qələmlə çəkilmiş həmin əsərlərin 20 ədədi hazırda Bakı muzeyində saxlanılır. Onları zamanında muzeyə rəssamın yaxın qohumları təqdim ediblər.

Onun bədii irsində yağlı boya ilə çəkilmiş əsərlər də xüsusi yer tutur. Elə rəssamın yaradıcılığının ikinci mərhələsini də bilavasitə həmin işlər təşkil edir. Bu işlər vaxtilə İrəvan xanlığının iqamətgahı kimi inşa edilən Sərdar sarayını (XVIII əsr) bəzəyirmiş. Zəngin xarici və daxili tərtibata malik olan bu sarayın geniş salonunu zərif və şux koloritli naxışlar, tarixi və əfsanəvi süjetli divar rəsmləri, eləcə də “Qacar üslub”unda çəkilmiş portretlər bəzəyirdi. Buradakı portretlərin çoxunu (Fətəli şah Qacar, Abbas Mirzə, İrəvan sərdarı Həsən xan İrəvanlı, Rüstəm – Zal) o dövrdə 25 yaşı olmasına baxmayaraq məşhur rəssam kimi tanınan Mirzə Qədim çəkmişdi.

Yeri gəlmişkən deyək ki, öz dövrü üçün duyulası dərəcədə ciddi bir sifarişin ona həvalə olunması ilk növbədə onun istedadına olan inamın göstəricisi idi. Qeyd edək ki, o, bu işləri 1850-ci ildə sarayın bərpa işləri ona tapşırılarkən yerinə yetirmişdir. Başqa sözlə desək, rəssam burada əvvəllər işlənmiş divar bəzəklərini bərpa etməklə, kətan üzərində yağlı boya ilə sarayın daxili tərtibatına daxil ediləcək yeni portretlər də çəkmişdi. Tarixi sənədlərə əsasən demək olar ki, saray XX əsrin əvvəllərində erməni millətçiləri-daşnaklar tərəfindən dağıdıldığı zaman Mirzə Qədimin işlədiyi iriölçülü (200x100 sm) portretlər divardan çıxarılıb Tiflisə aparılmışdır. Hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanan “Sərkərdə” və “Fətəli şah” əsərləri rəssamın Sərdar sarayı üçün işlədiyi portretlərdəndir...

O, xüsusi rəssamlıq təhsili almasa da, görünür Tiflisdə oxuyarkən burada dünyəvi-müasir tədris proqramı çərçivəsində təsviri sənətin ilkin vərdişlərinə yiyələnməsi, ona burada qazandıqlarını və atasının tövsiyələrini əski milli dəyərlər – miniatürlər və el sənəti nümunələri ilə qovuşdurmağa, özünəməxsus üslubunu – dəst-xəttini müəyyənləşdirməyə imkan vermişdir.

Doğrudan da M.Q.İrəvaninin yaratdıqlarını özündən əvvəl mövcud olanların – nə “Qacar üslubu”nun, nə də real - gerçəkçi sənət ənənələrinin birbaşa görüntüsü saymaq olmaz. Amma onun yaratdıqlarında hər iki ilhamverici mənəvi qaynağın təsiri olsa da, bütünlükdə onların çox fərqli biçimdə təfsiri-interpretasiyası duyulur. Ədalət naminə demək lazımdır ki, M.Q.İrəvaninin obrazları bütün mənalarda həm Azərbaycan, həm dünya rəssamlığında gördüyümüz bədii şərhlərdən çox fərqlənir. Bunları həm də milli təsviri sənətimizdə gerçəkləşməyə başlayan dəzgah rəssamlığı formalarının ilk görüntüləri hesab etmək mümkündür. Onun ərsəyə gətirdiyi portret-kompozisiyalarda bədii şərh özünəməxsusluğunun qabarıq ifadəsi obrazların real, onlar üçün fon - yerlik rolunu oynayan məkanın şərti-dekorativ biçimdə təqdim olunmasındadır. Bu vaxta qədər rast gəlinməyən bu cür ifadənin təsirli olmasına yardımçı olan bədii məziyyət rəssamın obrazların yerə yaxın hissələrini əhatələyən sahənin rəng və naxış örtüyündəki əlvanlığı bütünlükdə qoruyub saxlaması, onu şərti təqdim etməsi, onların çöhrələrinin “qonşuluğundakı” yaxın sahələrin rəng tutumunu isə “zəiflətməklə”, obrazların çeşidli yaşantılarını tamaşaçı üçün daha cəlbedici və qabarıq olmasına nail olmasıdır. Bunu onun daha çox sulu boya ilə işlədiyi portretlərdə müşahidə etmək mümkündür. Etiraf etmək lazımdır ki, rəssamın bir-neçə seansa gerçəkləşdirdiyi portretlərdə rənglərin təravətli olmasına yetişməsi, bununla da sulu boyanın ali ifadə keyfiyyətini qoruyub saxlaması heç şübhəsiz Mirzə Qədimin yüksək sənətkarlığının göstəricisidir. Özündə Şərq və Qərb rəssamlığının bədii xüsusiyyətlərini yaşadan “Abbas Mirzə”, “Mah Tələt xanım”, “Vüculla Mirzə”, “Gənc qadın”, “Fətəli şahın portreti” və s. əsərləri bu qəbildəndir. Bu portretlərin çox önəmli və Azərbaycan təsviri sənəti üçün yeni olan bədii-estetik xüsusiyyəti onlarda insan psixologiyasının yaddaqalan ifadəsinə nail olunmasıdır. Bunu rəssamın müxtəlif yaşlı insanların çöhrələrinə verə bildiyi fərdi cizgilərdə duymaq mümkündür. Duyulası bədii kamilliyi ilə seçilən bu əsərlər Mirzə Qədimin çox da uzun sürməyən bədii yaradıcılığının elə son – üçüncü mərhələsini təşkil edir.

Yuxarıda qeyd etdik ki, rəssamın təsviri və tətbiqi sənətin bütün növlərinin bədii-texniki sirlərinə bələd olması ona ən müxtəlif materiallarda işləməyə imkan verirdi. Onun Sankt-Peterburq Dövlət Ermitajında saxlanan bir əsəri də elə bunu əyani nümayiş etdirən sənətkarlıq nümunəsidir. Bu əsər ilk baxışda orta əsrlərin Şərq əlyazmalarının üz qabığını andırır, əslində isə o, qovluq şəkilli bir hədiyyədir. Qovluğun içərisində sağda güzgü bənd edilmiş, sol tərəfinə isə bir kişi portreti çəkilmişdir. Portretin altındakı yazıdan (“General Karvilin üçün”) bəlli olur ki, Mirzə Qədim bu əsərini o vaxtlar Qafqazda olan bir rus generalına hədiyyə etmişdir. Bu özünəməxsus sənət nümunəsinin maraqlı cəhəti ondadır ki, burada milli ornamental sənətimizin geniş bədii imkanlara malik olduğuna şahidlik etmək mümkündür. Belə ki, ornamental bəzəklər qovluğun alt və üst qabığında yerləşdirilərək dəbdəbəli bir xalça kompozisiyasını andırır. Kompozisiyanın ara sahəsindəki şəffaf boyalarla, süsən və qızılgüldən böyük bir dəstənin, onun da üzərində bülbül təsvir edilmiş görüntüsü bütövlükdə estetik baxımdan çox duyğulandırıcıdır. Qovluğa “nəsx” xəttilə fars dilində Sədinin şeirlərindən əlavə olunmuş beyt də ümumi kompozisiyanı zənginliyinə təsir edən bədii vasitələrdəndir...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Superliqa: “Trabzonspor” doğma meydanda “Qaziantep”ni məğlub edib

Gürcüstan müxalifəti Tbilisidə mitinq keçirib

Premyer Liqa: "Mançester Siti" səfərdə vacib üç xal qazanıb

Keniyada daşqınlar 90-dan çox insanın həyatına son qoyub

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib VİDEO

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar