Azərbaycan Dövlət İnformasiya Agentliyi

Reza Deqati: Mən özümü hərbi fotojurnalist yox, sülh carçısı hesab edirəm

Dünyaşöhrətli fotoqraf, həmyerlimiz Reza Deqati ilə müsahibə

Bakı, 14 mart, AZƏRTAC

Məşhur fotojurnalist Reza Deqati dünyanı gəzərək çəkdiyi fotolarla sülh, insanlara sevgi kimi bəşəri idealları təbliğ edir. Ədalətsizliklə heç vaxt barışmayan fotojurnalistin yaradıcılığında Azərbaycan xalqının haqq işi xüsusi yer tutur. Tanınmış publisist Nadiyə Qafarova Reza Deqati ilə onun fəaliyyəti, sənətə baxışı haqqında söhbət aparıb. AZƏRTAC müsahibəni təqdim edir.

- Reza bəy, ilk olaraq ölkəmizdə baş verən ictimai-siyasi prosesləri diqqətlə izlədiyinizə və Azərbaycan həqiqətlərini dünyaya doğru-dürüst, obyektiv və ədalətli şəkildə çatdırmağınıza görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Siz Yer kürəsinin müxtəlif guşələrində gedən müharibələrin şahidi olmusunuz. Sizcə, müharibələr insanları birləşdirir, yoxsa bəşər övladları arasında uçurumu daha da dərinləşdirir? Ümumiyyətlə, müharibənin üzü, Sizcə, nəyə bənzəyir?

- Mən 40 il ərzində dünyanın 115 ölkəsində, qaynar nöqtələrində baş verən ən şiddətli, qanlı müharibələrin, münaqişələrin şahidi olmuşam. Bəzi münaqişə ocaqlarında, məsələn, Əfqanıstanda, İraqda illərlə qalmışam, necə deyərlər, müharibənin iç üzünü görmüşəm. Tam əminliklə söyləyə bilərəm ki, müharibələr insanın vəhşi təbiətindən irəli gəlir. Bu sırada yalnız Vətən müharibələri, yəni bir xalqın zəbt olunmuş, işğal edilmiş torpaqlarının azad edilməsi uğrunda aparılan müharibələr fərqlidir, çünki ən böyük amal - Vətənin azad edilməsidir. Mənim təsəvvürümdə müharibənin çöhrəsi yırtıcı məxluqa bənzəyir.

Bilirsiniz, insanların faciəli taleləri, bir an içində alt-üst olan həyatları gözümün önündə keçib, mən minlərlə məcburi köçkünlə bir yerdə yol getmişəm, onların çəkdiyi əzabların şahidi olmuşam. Əslində, özümü hərbi fotojurnalist yox, sülh carçısı hesab edirəm, çünki müharibələrin iç üzünü, münaqişələrin törətdiyi fəsadları göstərməklə bəşər övladlarını bu cür işlərdən çəkindirməyə çalışıram.

- Siz Qarabağ münaqişəsinin xronikasını çəkmisiniz, Ermənistan-Azərbaycan savaşı, demək olar ki, gözünüz önündə keçib. Belə desək, hər halda yanılmarıq. Şübhəsiz ki, ən çox yadda qalan hadisələr, epizodlar olub. Mümkünsə bu haqda danışardınız...

- Bəli, mən Birinci və İkinci Qarabağ müharibələrinin şahidi olmuşam. Xatirələrim çoxdur, amma bəziləri yaddaşımda, necə deyərlər, əbədi həkk olunub. 1992-ci ildə Qarabağa gələndə, - artıq 12 il idi ki, müharibələri çəkirdim, - Birinci Qarabağ savaşında məni təəccübləndirən, heyrətləndirən bir məqam oldu: azərbaycanlılar möhkəm silahlanmış, dəstəklənən Ermənistan ordusuna qarşı, demək olar, əliyalın müqavimət göstərirdilər. Vahid komandanlıq yox idi, özünümüdafiə dəstələri pərakəndə halda vuruşurdu. Amma doğma torpağa sevgi, bağlılıq o qədər güclü idi ki, bunu sözlə ifadə etmək olmur.

İkinci Qarabağ savaşı - Vətən müharibəsi zamanı isə tamamilə başqa mənzərə gördüm. Artıq Azərbaycan Ordusu tam hazırlıqlı, peşəkar, dünya səviyyəsində bir ordu idi. Mən əsgərlərlə bir yerdə cəbhədə oldum və tam əminliklə deyə bilərəm ki, Birinci və İkinci Qarabağ müharibələrini müqayisə etsək, Azərbaycan Ordusunun hazırlığı, qüvvəsi baxımından yerlə göy qədər fərq olduğunu görərik.

Bir məqamı də mütləq qeyd etməliyəm, o da Şuşanın azad edilməsi uğrunda aparılan hərbi əməliyyatla bağlıdır. Bu əməliyyat hələ illər boyu öyrəniləcək.

Hamı anlayırdı ki, Şuşanın azad edilməsi çox müşkül məsələdir. O yerin relyefi, yüksək dağlıq ərazisi vəziyyəti çətinləşdirirdi. Mən Əfqanıstanda, dağlarda baş verən döyüşlərin bilavasitə şahidi olmuşam, yəni təcrübəm var idi. Birinci Qarabağ savaşında da mən Şuşaya qədər gedib-çıxmışdım. O vaxt Şuşa mühasirədə idi, bütün yollarda erməni hərbçiləri pusquda dayanmışdı. Mən sıldırımlı dağları, qayaları aşaraq, Şuşaya çatdım. Erməni snayperləri mənə tərəf üç güllə atdı, xoşbəxtlikdən heç biri mənə ciddi xəsarət yetirmədi, sadəcə, sağ qulağım cızıldı. Şuşa azad ediləndən sonra mən yenə həmin yolu getdim... Artıq azad olunmuş Şuşaya... Azərbaycan Ordusunun bu mükəmməl, tayı-bərabəri olmayan əməliyyatı artıq tarixə düşüb və əminəm ki, hərbi dərsliklərə salınacaq.

- Xocalı soyqırımından 30 il ötür. Siz erməni vəhşilikləri haqqında fikirlərinizi, mövqeyinizi həmişə açıq, heç nədən qorxmadan çəkdiyiniz fotolarla bəyan etmisiniz. Məsələyə sırf xalqlar arasında münaqişənin qanlı hadisəsi kimi yox, ümumbəşər fundamental prinsiplərin, dəyərlərin tapdalanması prizmasından yanaşsaq, Xocalı soyqırımı bizə, yəni sivil cəmiyyətlərə nəyi anlatdı?

- Mən iştirak etdiyim bütün beynəlxalq tədbirlərdə Xocalı soyqırımı haqqında danışıram, o dəhşətli hadisəni əks etdirən şəkilləri sərgiləyirəm ki, bu cür cinayətlər bir daha dünyanın heç bir guşəsində təkrarlanmasın. Əslində, bəşər övladları tərəfindən törədilmiş bu vəhşi, insanlığa sığmayan davranışa müharibə zamanı baş vermiş qanlı hadisə kontekstindən daha çox bir millətin kollektiv psixoloji pozuntusunun təzahürü kimi baxılmalıdır. Bu, çox dərin, köklü problemdir. Nəzərə almaq lazımdır ki, Xocalı qətliamı ibtidai cəmiyyətdə yox, XX əsrdə törədilib. Beynəlxalq səviyyədə, xarici ekspertlərin iştirakı ilə araşdırılmalıdır ki, bir millət ona qucaq açıb qonşu edən, illər boyu dərd-sərinə şərik çıxan, şadlıqlarda, dar günündə yanında olan bir millətə qarşı necə bu cür amansız, vəhşicəsinə rəftar edə bilər?! Uşaqlara, qadınlara, qocalara rəhm etmədən qətliam törədə bilər?! Xocalı soyqırımını törədənlər, onlarla əlbir olan cinayətkarlar mühakimə edilməlidir, beynəlxalq məhkəmədə cavab verməlidirlər...

- Reza bəy, hərbi fotoqraf-jurnalist, insan əzablarının, ağrıların, çarəsizliyin nə olduğunu gündəlik iş prosesində görən, hiss edən insan getdikcə özü də qəddarlaşırmı, yaxud əksinə - daha humanist, sülhsevər olur? Aydın məsələdir ki, hərbi fotomüxbir, müharibəni lentə alan fotoqraf bitərəf, öz hisslərini, emosiyalarını cilovlaya bilən insan olmalıdır. Sizin praktikanızda olubmu ki, peşə borcunuzu, kredonuzu unudub, kameranın qarşısında olan insanın imdadına çatasınız. Yəni hadisəni unudub insan amilini, insan taleyini, həyatının xilasını ön plana çəkəsiniz...

- Əslində, mən insanları sülhə sövq etmək üçün müharibələri çəkirəm. Yəni müharibənin iç üzünü göstərməklə, insanları savaşlardan, əbəs yerə qan tökməkdən çəkindirməyə çalışıram. Ona görə özümü daha çox sülh carçısı, sülh fotoqrafı hesab edirəm. Həyatım boyu mən münaqişə zonalarında bəlkə də bir əsgərdən, hərbçidən daha çox vaxt keçirmişəm. Münaqişələrin qurbanı olan qadın və uşaqların iztirabları, çəkdikləri əzab-əziyyət məni pasifist olmağa sövq edib. Bu insanlar üçün fotoqraf, yəni kamera ilə çəkən birisi bəlkə də onların dərd-sərini dünyaya çatdırmaq üçün yeganə vasitəçidir. Arxamda olan, özlərini hansısa bir məkana, o cümlədən müharibə ocağına çatdıra bilməyən, lakin vəziyyəti olduğu kimi görmək istəyən insanların səlahiyyətli nümayəndəsi sanıram özümü. Bu məsuliyyəti üzərimdə daim hiss edirəm. Ona görə də çalışıram ki, hadisələri mümkün qədər yaxından izləyim və çəkim. Bilirsiniz, fotolarımın yarıdan çoxunu mən göz yaşı ilə, ürək ağrısı ilə çəkmişəm. Hər dəfə insanların başına gələn müsibətləri izlədikcə, sanki onlarla birgə bu ağrıları-acıları yaşayıram. Mən bu hissləri keçirməsəm, çəkdiyim şəkillər vasitəsilə insanlara istədiyimi çatdıra bilmərəm. Başqa cür mümkün deyil!

Bir uşaq çarəsizlikdən, düçar olduğu zülmdən ağlayanda mən yenidən ilk dəfə bu cür hadisəni gördüyüm zaman keçirdiyim hisslərə qapanıram. Bəzən olur ki, şəklini çəkdiyim insanın mənim köməyimə ehtiyacı olur. O zaman mən, əlbəttə ki, heç bir şeyə varmadan, yaxşı rakursun, yaxşı kadrın olduğunu düşünmədən, kameranı kənara qoyub, onun köməyinə tələsirəm. Belə hadisələr çox olub...

- Müharibənin törətdiyi ağrılı-acılı fəsadları əks etdirmək üçün kimsə xarabalıqları, kimsə qanlı gölməçələri, kimsə də başqa dəhşətli mənzərələri çəkir. Fikir vermişəm ki, Siz öz fotolarınızda müharibə qurbanlarının gözlərini, daha doğrusu, gözlərinin dərinliyində gizlənən hisslərini ifadə etməyə çalışırsınız...

- Gözlər - qəlbin aynasıdır. Bunu əbəs yerə söyləməyiblər. Təbii ki, insan yoldan keçənə ürəyini açmaz, dərdini söyləməz. Qəlbin incəliklərini göstərmək olduqca çətindir. Mən həmişə vurğulayıram ki, qanlı savaşlardan sağ çıxmış, lakin ev-eşiklərini, doğmalarını itirən insanların baxışlarında, çöhrəsində, gözlərinin dərinliyində müharibənin ağrı-acıları əks olunur.

- Və sonuncu sualım. Siz hərbi jurnalistlərə, hərbi fotoqraflara, gənc həmkarlarınıza nə məsləhət görərdiniz?

- Təki müharibələr olmasın və cavan nəslin nümayəndələri dünyanın, təbiətin gözəlliklərini çəksin. Tövsiyəm odur ki, qorxu hissini yaxın qoymasınlar, çünki qorxu - ölümün yarısıdır.

- Səmimi söhbət üçün təşəkkür edirəm.

Nadiyə Qafarova

publisist, tərcüməçi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir