ELM VƏ TƏHSİL
Rezidentura imtahanında iştirak etmiş namizədlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb
Bakı,29 iyul, AZƏRTAC
2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 2016-cı il iyulun 29-da keçirilmiş ikinci mərhələsi (ixtisas fənləri üzrə) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Apelyasiya Komissiyası yaradılıb.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Namizədlər Apelyasiya Komissiyasına 1 və 2 avqust 2016-cı il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:07]
Dünyaşöhrətli alim "Yeni çağırışlar"da
- 07.05.2024 [18:16]