Romada Xocalı həftəsi davam edir
Bakı, 28 fevral, AZƏRTAC
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İtaliya-Azərbaycan Birliyinin təşkilatçılığı ilə İtaliyada maarifləndirici tədbirlər davam etdirilir.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Xocalı soyqırımı haqqında məlumatların İtaliya ictimaiyyətə daha geniş şəkildə çatdırılması, yerli əhalinin, eləcə də turistlərin diqqətinin bu faciəyə cəlb olunması məqsədilə İtaliyanın paytaxtı Romada məlumatlandırma kampaniyası keçirilir.
Kampaniya çərçivəsində insan axınının intensiv olduğu əsas ictimai məkanlarda – metro stansiyalarındakı və avtobus dayanacaqlarındakı monitorlarda 7 gün müddətində Xocalı soyqırımı ilə bağlı videoçarxlar, həmçinin məlumat lövhələri nümayiş olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [16:24]
San-Fransisko və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüş
- 18.05.2026 [10:25]
Diaspor körpüsü: ABŞ-nin Corciya ştatında Azərbaycan icmasının toplantısı
- 06.05.2026 [11:44]
Azərbaycan və Vyetnam mədəni-humanitar əməkdaşlığı genişləndirir
- 24.04.2026 [19:26]