MƏDƏNİYYƏT
Ruha qida verir muğam sədası...
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-də Zaqatala Rayon Mərkəzi Kitabxanası, Rayon Mədəniyyət Evi və Qandax kənd kitabxanasının birgə təşkilatçılığı ilə Dədə-Qorqud Meydanında “Ruha qida verir muğam sədası” adlı ədəbi-bədii gecə keçirilib. Zaqatala rayon Mərkəzi Kitabxanadan AZƏRTAC-a bildirilib ki, qurumun direktoru Gülnigar Məmmədova çıxış edərək Azərbaycan muğamı haqqında məlumat verib. Bildirib ki, muğamlarımız xalqımızı dünyada tanıdan, insan ruhunu oxşayan, cilalayan, qəlbləri titrədən bir musiqi növüdür. Tarixi qədim olan muğam sənəti böyük inkişaf yolu keçib, bu sahədə istedadlı sənətkarlar yetişib.
Sonra kitabxananın əməkdaşları Yasəmən Məmmədovanın “Azərbaycan muğamının tarixi”, Səbinə Şabanovanın isə “Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşIyıcısıdır” adlı məruzələri dinlənilib.
Tədbir kitabxananın daimi oxucuları tərəfindən muğama həsr olunmuş şeirlərin ifası ilə davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [22:00]
“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib
- 07.05.2024 [20:33]
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]