İQTİSADİYYAT
Rumıniyada “SOCAR” brendi altında 13-cü yanacaq doldurma məntəqəsi açılmışdır
Bakı, 21 iyul (AZƏRTAC). Rumıniyanın Suçava iqtisadi regionunun Draquseni rayonunda, Buxarest istiqamətində “E85” milli magistralı üzərində yerləşən yanacaqdoldurma məntəqəsi “SOCAR” brendi altında fəaliyyətə başlamışdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu ərazidə əvvəllər də fəaliyyət göstərmiş yanacaq doldurma məntəqəsi yenidən tikilərək istismara verilmişdir. Məntəqənin açılışında Azərbaycanın Rumıniyadakı səfirliyinin, “SOCAR Petroleum SA” şirkətinin və yerli özünüidarə qurumlarının nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 2 min 800 kvadrat metr sahədə yerləşən məntəqədə Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli yanacaq məhsullarının satışı həyata keçiriləcəkdir. Üç sayğacdan ibarət məntəqədə 4 kiçik avtonəqliyyatın və 2 iri tutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsinə şərait yaradılmışdır. Burada 140 kvadratmetrlik ərazini əhatə edən market, “NAR” kafe, 24 saat pulsuz internet xidməti də əhalinin istifadəsinə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]