Rusiya Federasiyası Çeçenistan Respublikası Hökumətinin sədri Abubakar Edelgeriyevdən
Hörmətli İlham Heydər oğlu,
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Biz Sizi Azərbaycan xalqının inkişafına və tərəqqisinə yönəlmiş, ölçülüb-biçilmiş siyasət yürüdən, müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvər oğlu kimi tanıyırıq.
Əminəm ki, Sizin sayənizdə Azərbaycan Respublikası bundan sonra da dövlətçilik və demokratiya təsisatlarının təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcəkdir. Heç şübhəsiz ki, Sizin qazandığınız ümumxalq dəstəyi və etimadı, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq səyləriniz ali dövləti fəaliyyətinizdə bundan sonra da yeni uğurlarınıza imkan yaradacaq.
İcazə verin, bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı bildirim.
Hörmətlə,
Abubakar Edelgeriyev
Rusiya Federasiyası Çeçenistan Respublikası
Hökumətinin sədri