Rusiya Federasiyası Dövlət Duması maliyyə bazarı komitəsi sədrinin müavini Dmitri Savelyevdən
Hörmətli İlham Heydər oğlu,
İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edim. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan iqtisadi, siyasi, sosial, elmi-texniki və mədəni inkişaf sahələrində sanballı uğurlar qazanıb, ölkənin dünya miqyasındakı mövqeyi daha da möhkəmlənib. Əminəm ki, ölkələrimizin xalqlarının maraqlarına cavab verən aktual siyasi və iqtisadi məsələlərin həllində qarşılıqlı faydalı əməkdaşlığımız və tərəfdaşlığımız daha da genişlənəcək.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.
Dərin hörmətlə,
Dmitri Savelyev
Rusiya Federasiyası Dövlət Duması maliyyə bazarı
komitəsi sədrinin müavini