Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin yenidən Prezident seçilməyiniz Azərbaycan xalqının nəzərində Zati-alinizin müstəsna nüfuzunu tamamilə təsdiq edir. Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə nümayiş etdirdiyi yüksək fəallıq ümumi həmrəyliyin və dövlətin inkişafının demokratik prinsiplərinə sadiqliyin şəksiz sübutudur.

Əminəm ki, Sizin möhtəşəm liderlik keyfiyyətləriniz Azərbaycan Respublikasında siyasi sabitliyi və iqtisadi inkişafı daim təmin edəcək.

Səmimi qəlbdən inanıram ki, Həştərxan vilayəti ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsi üzrə konstruktiv dialoq və fəal birgə iş bundan sonra da davam edəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və Azərbaycan naminə yeni zəfərlər arzu edirəm.

Hörmətlə,

 

Aleksandr Jilkin

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin