Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovdan
Hörmətli İlham Heydər oğlu,
Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün Siz Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında müsbət dəyişikliklərin təmin olunması, xalqınızın rifahının yüksəldilməsi üçün maksimum səylər göstərərək, regionda sülhün və sabitliyin möhkəmlənməsinə kömək edirsiniz.
Əminəm ki, Sizin yüksək peşəkarlığınız, çoxillik iş təcrübəniz, vəzifə məsuliyyəti hissiniz nəzərdə tutduğunuz məqsədlərə çatmağınıza imkan verəcək.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.
Hörmətlə,
Yunusbek Yevkurov
Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı