Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Kalmık Respublikasının müftisi Sultanəhməd Karalayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Kalmık Respublikası Müsəlmanları Dini İdarəsi adından və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Seçkilərdəki qələbəniz vətəndaşların rifahının yüksəldilməsinə və beynəlxalq arenada ölkənizin nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş siyasətinizi Azərbaycan xalqının tam dəstəklədiyinə sübutdur.

Bu məsul vəzifədə nəzərdə tutduğunuz bütün planların səmərəli və müvəffəqiyyətlə həyata keçirilməsi yolunda Sizə yeni-yeni uğurlar diləyirəm.

Allah-Təala Sizə, ölkənizə və xalqınıza tərəqqi, səadət və rifah nəsib etsin.

Dərin ehtiram və xeyir-dualarla,

 

Sultanəhməd Karalayev

Rusiya Federasiyası Kalmık Respublikasının müftisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin