Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Taymuraz Mamsurovdan

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz Cənubi Qafqazın ən gözəl ölkələrindən birinin liderisiniz. Bu ölkə ilə çoxmillətli Şimali Osetiyanı çoxdankı sıx dostluq əlaqələri birləşdirir. Bizim çoxşaxəli və səmərəli əməkdaşlığımız ildən-ilə yalnız möhkəmlənir. Bu da Qafqaz xalqlarının sülh, həmrəylik və mehriban qonşuluq şəraitində yaşamağa ümumi səylərini təsdiq edir.

Sizə səmimi qəlbdən cansağlığı, ailə xoşbəxtliyi və bütün təşəbbüslərinizin həyata keçməsini arzulayıram.

Hörmətlə,

Taymuraz Mamsurov

Rusiya Federasiyası Şimali Osetiya-Alaniya

Respublikasının rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin