Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının baş yepiskopu Sergey Ryaxovskidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar Rusiyanın yevangelist xristianlar ittifaqı adından və şəxsən öz adımdan ən dərin hüznlə başsağlığımı ifadə edirəm.

Biz dindarlar belə ağır məqamlarda birliyin və dualarla dəstək verilməsinin vacibliyini daha çox anlayırıq. Həlak olanların yaxınları və xəsarət alanlar üçün kilsələrimizdə və evlərimizdə dualar edirik. Uca Yaradan həyatını itirənlərin ailələrinə səbir, yaralananlara şəfa versin.

Sizinlə birlikdə kədərlənirik, dualarımız xalqınızladır.

Tanrı şəfaya, köməyə, qayğıya və təsəlliyə ehtiyacı olan hər kəsin yanında olsun!

Hörmətlə,

 

Sergey Ryaxovski

Rusiya Federasiyasının baş yepiskopu, Rusiya Federasiyası İctimai Palatasının üzvü,

Rusiya Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin