Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan
Hörmətli İlham Heydər oğlu,
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Mürəkkəb dövlət vəzifələrinin həllinə əzmkarlıqla yanaşmağınız, heyrətamiz işgüzarlığınız və strateji təfəkkürünüz, nəcib şəxsi keyfiyyətləriniz sayəsində Siz çoxmillətli Azərbaycan vətəndaşlarının dərin ehtiramını, dünya birliyində yüksək nüfuz qazanmısınız. Siz böyük Heydər Əliyevin işini layiqincə davam etdirərək Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni inkişafında, ölkədə siyasi sabitliyin qorunmasında və əhalinin rifah halının yüksəldilməsində sanballı uğurlara nail olmusunuz.
Dağıstanlılar Rusiya və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin inkişafına Sizin töhfənizi xüsusilə yüksək qiymətləndirirlər. Əminəm ki, bu münasibətlər bundan sonra da möhkəmlənəcək və dərinləşəcək.
Hörmətli İlham Heydər oğlu, ən gözəl arzularımızı qəbul edin. Sizə möhkəm cansağlığı, uzun illər ərzində tükənməz güc və enerji, Azərbaycan Respublikasının çiçəklənməsi naminə daha böyük uğurlar arzu edirəm.
Hörmətlə,
Xızrı Şıxsəidov
Rusiya Federasiyasının Dağıstan Respublikası
Xalq Məclisinin sədri